Icma.az
close
up
RU
“Ukrayna üçün əlverişsiz danışıqlar müstəvisi var”

“Ukrayna üçün əlverişsiz danışıqlar müstəvisi var”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Türkiyənin əvvəldən mövqeyi çox doğru, ədalətli, isabətlidir, yəni geosiyasi şərtləri ölkələrin güc balansını çox doğru analiz edən bir mövqedir. Ona görə də cənab Ərdoğan ilk gündən etibarən demişdi ki, bu müharibənin qalibi olmayacaq. Nə Ukrayna, nə Rusiya mütləq bir qalib ola bilməz”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu söyləyib.

T.Nüsrətoğlunun sözlərinə görə, indi daha dərindən təhlil etdikdə görürük ki, yaranmış şəraitdə ən böyük zərərlə çıxan ölkə Ukraynadır: “Lakin 2007-ci ildə Münhendəki təhlükəsizlik konfransında Putin tezislərini elan etmişdi. Orada Ukraynanın NATO üzlüyü və s. qeyd etmişdi, ancaq görünən odur ki, artıq iki dəfədən çox artıb. Yəni NATO-nun Rusiya ilə sərhədi, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə birlikdə. SSR bənzər bir birlik formalaşdırmağa çalışırdı. Əslində Rusiyada Ukrayna və Belarusiyanın bu ittifaqın təməlini təşkil edəcək birlikdəyik olması tezisi vardı. Ona da, yəni bütövlükdə Ukrayna hakimiyyətinin dəyişdirilməsinə nail ola bilmədi. Çünki istəyirdilər Kiyevdəki bütün rejimi dəyişdirsinlər, o da alınmadı. Rusiya öz qırmızı cizgisini Ukraynanın şərqindən çizmək məcburiyyətində qaldı. Təbii bu, demoqrafiq, insani olaraq humanitar, iqtisadi bütün baxımlardan ölkələrə, yəni Ukraynaya da, Rusiyaya da böyük ziyan vurdu. Ancaq danışıqlar məsələsində çox ağrılı məqamlar da olacaq. Yəni qarşılıqlı güzəştlər. Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin bir qismindən geri çəkilməsini istəyəcək”.

Politoloq Ukraynanın gələcəyi ilə bağlı xeyli suallar olduğunu deyib: “Aydın məsələdir ki, Ukrayna artıq NATO üzvlüyünü düşünməməlidir. ABŞ-nin mövqeyi birmənalıdır. Hazırda ABŞ-nin əsas qlobal hegemoniyasını davam etdirməsi baxımından birinci dərəcəli məsələ Çinlə münasibətlərdir. ABŞ Rusiyanı ən azından neytrallaşdırıb Çinlə məşğul olmaq istəyir. O baxımdan da görünən odur ki, Rusiyaya xeyli güzəştlər olacaq. Ancaq təbii ki, mütləq bir güzəştdən söhbət getmir. Çünki bunun bir tərəfi də ABŞ və Avropanı maraqlandırır. Ukraynanın total məğlubiyyəti, eyni zamanda, Avropanın və Qərbin gələcəyi baxımından da çox arzuolunmaz məsələdir. Ona görə də yəqin ki, kompromis variantlar üzərində düşünüləcək. İstanbul razılaşması əldə olunmuşdu. Ona sonradan böyük dövlətlər - İngiltərə, ABŞ müdaxilə edərək imkan vermədilər. Əslində o çox daha məqbul bir atəşkəs anlaşması idi və Ukraynanın da maraqlarına cavab verirdi, ancaq bu gün gəlinən nöqtədə Ukrayna üçün əlverişsiz danışıqlar müstəvisi var. Proses gedir və mürəkkəb, ağrılı bir proses olacağı dəqiqdir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri