Icma.az
close
up
RU
UKRAYNA ÜÇÜN “QAÇILMAZ” EDİLƏN KAPİTULYASİYA... Tramp Kiyevə yalnız iki yol buraxır, ancaq...

UKRAYNA ÜÇÜN “QAÇILMAZ” EDİLƏN KAPİTULYASİYA... Tramp Kiyevə yalnız iki yol buraxır, ancaq...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti  Zelenski üçün də qırmızı xalı sərəcəkmi?

Alyaska görüşünün real nəticəsini və Putinin nailiyyətlərini Medvedev açıqladı

Belə görünür ki, Qərbdə, xüssuilə ABŞ-də administrasiyalar, prezidentlər dəyişsə də, “qurbanlıq” ölkələrə münasibət və onlarla bağlı siyasət dəyişmir. Əvvəlcədən nəzərdə tutulmuş ssenari davam etdirilərək, “məntiqi nəticəyə” doğru aparılır...

Ötən gün ABŞ-nin ən nüfuzlu və mühafizəkar nəşrlərindən olan “The Wall Street Journal” Alyaska görüşündən və Donald Trampın Ukraynaya “ərazi mübadiləsi” adı altında kapitulyasiya təklifindən sonra Kiyevin yalnız iki yolunun qaldığını yazıb: 

Birincisi, Ukrayna öz ərazilərinin bir hissəsindən imtina edir, əvəzində (guya) müstəqilliyini saxlayır. 

İkincisi, həm bütün ərazilərini, həm də müstəqilliyini itirir.

Deməli, belə çıxır ki, ABŞ-nin və Qərbin dəstəyinə arxalanan Ukrayna kimi ölkələrin ərazisi viran qoyulandan, əhalisi qırğına veriləndən və didərgin salınandan, iqtisadiyyatı, infrastrukturu məhv ediləndən sonra aldığı “mükafat” məhz bu cür pis və daha pis seçim qarşısında qalmaqdır...

Və bütün bunlar bir də Donald Trampın Vladimir Putini Alyaskaya gətirib, sözün əsl mənasında öz əli ilə özü üzərində qalib elan etməsi, ABŞ-ni Rusiya qarşısında, yumşaq desək, kiçiltməsi, onu beynəlxalq təcriddən, “izqoy” vəziyyətindən çıxarması, işğalın və işğalçının legitimləşdirilməsi fonunda baş verir.


Çoxları Tramın Putinə bu “simpatiyasının” arxasında nə gizləndiyini anlamaqda çətinlik çəkir və bunun Kremldə Trampa qarşı hansısa kompromatların olması ilə bağlayırlar. Amma əslində, Trampın bu münasibətinin arxasında duran hansısa kompromat, yaxud Putinin şəxsiyyəti yox, Rusiya başçısının öz ölkəsində malik olduğu sonsuz, sərhədsiz və müddətsiz hakimiyyət, müti və “şahsevər” xalq, müxalifətsiz və tənqidsiz idarəçilik, nə beynəlxalq, nə də daxili qanunlara məhəl qoymayaraq, istədiyini etmək, hətta qonşularına qarşı işğal, təcavüz aktları həyata keçirmək “bacarığıdır”. Narsist və avtokratiya meylli Tramp üçün bütün bunlar əlçatmaz arzulardır. O, ABŞ-də hələlik mümkünsüz olan bütün bu “gözəlliklərə” yalnız həsədlə kənardan baxa bilir və Putinə qarşı münasibətin, onun qarşısında açılan qırmızı xalıların, əl çalmaqların və s. arxasında da məhz bu həsəd dayanır...

Alyaska görüşünün real nəticəsi ilə bağlı ən çılpaq və real dəyərləndirməni, nə qədər qəribə görünsə də, Rusiyanın sabiq prezidenti və Kremlin hazırkı ştatdan kənar təbliğatçısı Dmitri Medvedev verib.


Onun sözlərinə görə, Putinlə Trampın görüşündən çıxan ən əsas iki nailiyyət var.

Bunlardan biri Putinin istədiyi kimi, “danışıqların” atəşkəs olmadan, yəni, müharibə, Ukarynanın işğalı prosesi ilə paralel olaraq aparılmasıdır. Doğrudan da, görüşdən sonra Tramp əvvəlki sözünü dəyişərək, atəşkəsi yox, Putinin dediyi kimi, “hərtərəfli sülh”ə nail olunmasını vacib elan etdi. Bu cür “sülh danışıqları” isə sonsuza qədər davam edə bilər.

İkincisi isə hər iki tərəf – həm Putin, həm də Tramp Zelenskini və Avropanı fakt qarşısında qoyaraq, “sülhə görə məsuliyyəti” onların üzərinə atdı: “ya Rusiyanın şərtləri ilə razılaşın, ya da məğlubiyyətiniz qaçılmazdır”.

Alyaska görüşündən sonra ortaya çıxan bu mənzərə kimin, kiminlə və nəyə nail olmaq istədiyini açıq şəkildə ortaya qoymurmu? Özünü “demokratiyanın beşiyi və dayağı” adlandırn bir dövlət, eləcə də Avropadakı saxta, ikiüzlü “demokrat” liderlər Ukraynanın indiki acınacaqlı duruma düşməsinə imkan verməli idimi?

Beləliklə, bu gün Volodimir Zelenski və Avropa liderləri ABŞ-də Trampla görüşəcəklər. Çətin ki, Tramp onları da qırmızı xalı və alqışla qarşılasın. Orada artıq söhbət yalnız Ukraynanın hansı şərtlərlə və necə bölüşdürülməsindən gedə bilər. Lakin Volodimir Zelenski daha öncə Ukraynanın mücərrəd sülh və saxta zəmanətlər müqabilində hansısa torpaqlarından imtina etməyəcəyini dəfələrlə bəyan edib. Zatən, Donetskin qalan hissəsini, yaxud hər hansı başqa bir ərazini döyüşsüz, masa üzərində işğalçıya peşkəş edən istənilən liderin Ukraynada yeri və gələcəyi yoxdur. Bu, nə hüquqi, nə texniki, nə də real ictimai durum baxımından mümkün deyil...


Zelenski artıq ABŞ-dədir və gözlənilən görüşlə bağlı ilk açıqlamasını verib: “Sülh davamlı olmalıdır. İllər əvvəl Ukrayna Krımdan və Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldığı və Putinin ondan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdiyi kimi yox! O vaxt Krımdan imtina etmək olmazdı, necə ki, ukraynalılar 2022-ci ildən sonra Kiyev, Odessa, Xarkovdan imtina etmədilər”.

Bu, Ukraynanın Putinin və Trampın az qala birləşərək tələb etdiyi Donetskin qalan ərazisindən imtina etməyəcəyinin daha bir siqnalı sayıla bilər. Beləliklə, Ukrayna ümidini itirmir. Amma təəssüf ki, bu ümid yaramaz və yarıtmaz “müttəfiqləri” sayəsində getdikcə daha da zəifləyir və öləziyir...

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri