Icma.az
close
up
RU
Ukrayna üçün Rusiya təhlükəsi sülh sazişindən sonra da aktual olaraq qala bilər ŞƏRH

Ukrayna üçün Rusiya təhlükəsi sülh sazişindən sonra da aktual olaraq qala bilər ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq ideyasından bir şərtlə imtina etməyə hazır olduğunu bildirib.

“ABŞ ilə ikitərəfli razılaşma və Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edə bilərik”, - deyə dövlət başçısı vurğulayıb.

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hazırda həm Qərb, həm də Ukrayna üçün ən ciddi müzakirə mövzusu məhz Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlıdır:

"Çünki hazırda belə bir situasiya yaranıb ki, Ukrayna öz gələcək taleyinin qeyri-müəyyən olduğunu anlayır; ona görə də Qərbin dəstəyi ilə Rusiyaya qarşı bu savaşda elə şərtlərlə çıxmaq istəyir ki, gələcəkdə Ukrayna dövlətinin mövcudluğu neqativ istiqamətə yönəlməsin. Rəsmi Kiyev anlayır ki, Ukrayna üçün ən ciddi təhlükəsizlik təminatı məhz Ukraynanın NATO-ya tam hüquqlu üzv qəbul olunmasıdır. Ancaq Rusiya buna ciddi şəkildə qarşı çıxır və hətta Kreml xatırladır ki, Ukrayna savaşının başlanmasında Ukraynanın NATO-ya üzvlük məsələsi əsas problem kimi ortaya çıxmışdı. Yəni Kreml bütün imkanlarından istifadə edərək Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır".

Politoloq bildirdi ki, bəzi Qərb dövlətləri də Ukraynanın NATO-ya üzv qəbul olunmasında maraqlı deyillər:

"Xüsusilə də Amerika Birləşmiş Ştatları Ukraynanın NATO-ya üzv qəbul olunmayacağını artıq bir neçə dəfə bəyan edib. Burada əsas məsələlərdən biri ondan ibarətdir ki, Ukraynanın NATO-ya üzv qəbul olunması bütövlükdə NATO-nun, o cümlədən də bu quruma üzv dövlətlərin Ukraynanın üzərində olan bütün problemlərə ortaq olması deməkdir. Bu ortaqlığın sırasına NATO-nun Rusiya ilə qarşıdurma vəziyyətinə keçməsi də daxildir. Ona görə də NATO-nun aparıcı avanqard dövlətləri Ukraynanı bu qurumun tərkibində görmək istəmirlər".

E.Xalidbəylinin sözlərinə görə, Avropa İttifaqı da Ukraynaya təhlükəsizlik təminatı verilməsi məsələsində nisbətən tərəddüdlü mövqe tutur, çünki əslində Avropa İttifaqı ölkələrinin özlərinin təhlükəsizlik təminatına ehtiyacı var.

"ABŞ Avropa qitəsi üzərində qurduğu təhlükəsizlik çətirini artıq tədricən geri çəkməyə başlayıb. ABŞ və Avropa Birliyi arasında bu məsələ ilə bağlı, yəni təhlükəsizlik mövzusu ilə bağlı kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. İndi Avropa Birliyi ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün hərbi xərcləri, müdafiə xərclərini artırmaq məcburiyyətində qalıblar və bu istiqamətdə də artıq ciddi addımlar atırlar. Ona görə də Avropa İttifaqı ölkələri də Ukraynaya təhlükəsizlik təminatı vermək mövzusunda bir qədər tərəddüdlü mövqe tuturlar. Yəni bütün bunları nəzərə alanda belə anlaşılır ki, sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya təhlükəsizlik təminatının verilməsi ilə bağlı məsələ qeyri-müəyyən qala bilər. Bu da o deməkdir ki, Ukrayna üçün Rusiya təhlükəsi sülh sazişindən sonra da aktual olaraq qala bilər", - deyə o yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri