Icma.az
close
up
RU
Ukrayna və Çexiya F 16 qırıcı pilotlarının hazırlanması üçün birgə məktəb yaratmaq barədə razılığa gəliblər

Ukrayna və Çexiya F 16 qırıcı pilotlarının hazırlanması üçün birgə məktəb yaratmaq barədə razılığa gəliblər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev, 4 may, AZƏRTAC

Ukrayna və Çexiya F-16 qırıcı pilotlarının hazırlanması üçün birgə məktəb yaratmaq barədə razılığa gəliblər. Tərəfdaşlar artıq layihənin həyata keçirilməsi üzərində işləyirlər.

AZƏRTAC “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çexiyalı həmkarı Petr Pavellə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, mərmilərin tədarükü təşəbbüsündən əlavə, Ukrayna və Çexiya hava koalisiyası çərçivəsində sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsi qırıcı pilotlar məktəbi olmalıdır.

“Bu gün Prezident Pavel və mən, eləcə də rəsmi şəxslər və hərbçilər səviyyəsində olan nümayəndələrimiz aviasiya koalisiyamızın inkişafı istiqamətində növbəti addımları, yəni Ukrayna - Çexiya F-16 məktəbinin yaradılmasını müzakirə edirik”, - deyə Ukrayna dövlətinin başçısı bildirib.

Eyni zamanda Zelenski əlavə edib ki, Ukrayna ərazisində müharibə şəraitində belə bir məktəb açmaq təhlükəsizlik baxımından mümkün deyil.

“Rusiyanın təhdidləri hər gün davam edir, ona görə də biz tərəfdaşlarla işləyirik ki, Ukraynadan kənarda belə məktəblər açılsın. Bu baş verəcək, biz Çexiyanın müvafiq qərarların həyata keçirilməsində bizimlə birlikdə olacağına razılaşdıq”, - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, 2023-cü ildə Ukrayna və onun müttəfiqləri aviasiya koalisiyası yaradıblar ki, onun məqsədi F-16 döyüş təyyarələrini Ukraynaya ötürmək olub. Prezident Volodimir Zelenskinin sözlərinə görə, Ukraynanın ən azı 128 F-16 qırıcısına ehtiyacı var.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see198

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see133

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see129

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see118

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri