Ukrayna Yaroslavl və Voloqda vilayətlərinə zərbə endirdi VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Rusiyanın Yaroslavl və Voloqda vilayətlərində sənaye obyektlərinin PUA hücumuna məruz qaldığı bildirilir.
Bizim.Media xəbər verir ki, Yaroslavlda “Slavneft-YANOS” neft emalı zavodu hədəfə alınıb.
Məlumata görə, bu müəssisə Rusiyanın ən iri neft emalı zavodlarından biri sayılır və emal həcminə görə ölkədə dördüncü yerdədir. Qeyd olunur ki, zavod daha əvvəl də dəfələrlə PUA hücumlarına məruz qalıb.
Voloqda vilayətində isə “Apatit” Səhmdar Cəmiyyətinin Çerepovets filialına hücum edilib. Bildirilir ki, bu müəssisə Avropanın ən iri ammonyak istehsalı zavodlarından biridir.
Vilayətin qubernatoru Georgi Filimonovun sözlərinə görə, hücum nəticəsində yüksək təzyiqli sulfat turşusu boru kəməri zədələnib.
Hadisə zamanı 5 nəfər sulfat turşusundan yanıq xəsarətləri alıb. Filimonov bildirib ki, hücum zamanı istehsalat binalarına da “cüzi ziyan” dəyib.
Hadisələrin nəticələri araşdırılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 26 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















