Ukraynada İlham Əliyevə təşəkkür videoları YAYILIR
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib.
Tədbirdə iştirak edən məşhur ukraynalı jurnalist Dmitri Qordon Prezident İlham Əliyevə Ukraynadakı müharibə barədə sual verərək ondan məsləhət istəyib:
“Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızı işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Ukraynalılar sizə minnətdardır. Çünki siz dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və müstəqilliyinə dəstəyinizi bəyan etmisiniz.
Biz bunu unutmarıq. Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”
İlham Əliyev Qordonun sualına belə cavab verib:
“Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.
Prezident İlham Əliyevin bu cavabı sosial şəbəkələrin Ukrayna seqmentində son iki günə yüzlərlə dəfə paylşılıb, jurnalistlər, ictimai xadimlər, bloqerlər mövqeyinə görə İlham Əliyevə təşəkkür videoları yayırlar.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: lham Əliyev təşəkkür
Baxış sayı:119
Bu xəbər 21 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















