Ukraynanın aparıcı media subyektləri Prezident İlham Əliyevin ABŞ a işgüzar səfərinə geniş yer ayırıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev, 8 avqust, AZƏRTAC
Ukraynanın aparıcı media subyektlərində Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfərinə dair məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Ukrinform”, “UNİAN”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “Gordon” və digər informasiya agentliklərində və xəbər portallarında dərc olunan məqalələrdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi qeyd olunub. “Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ evdə qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib. Onun sözlərinə görə, Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacaq”, - deyə məqalələrdə vurğulanıb.
Həmçinin qeyd edilib ki, ABŞ iqtisadi imkanlardan birgə istifadə etmək və Cənubi Qafqaz regionunun potensialını açmaq üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Avqust 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















