Icma.az
close
up
RU
Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Ülkər Talıbzadə: Üzeyir Hacıbəylinin zəngin irsi hələ tam araşdırılmayıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin əsasını qoymaqla yanaşı, böyük mütəfəkkir, alim, bəstəkar, ictimai xadim və müəllim kimi mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyəti və zəngin yaradıcılıq irsi Azərbaycan tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Üzeyir Hacıbəylinin irsi çox genişdir. Azərbaycan musiqişünaslığında onun yaradıcılığı uzun illərdir tədqiq olunur. Ancaq bu zəngin irs hələ tam araşdırılmayıb. Çünki bu elə bir sərvət, elə bir xəzinədir ki, onun sirlərinin açılması uzun illər tələb edəcək. İnanıram ki, musiqişünaslarımız gələcəkdə də Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edəcək, onun irsini müxtəlif istiqamətlərdən araşdıracaqlar. Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqinə ötən əsrin əvvəllərindən başlanılıb. Xurşid Ağayeva, Qubad Qasımov, Elmira Abbasova, Xanlar Məlikov və digər tədqiqatçıların əsərlərində bəstəkarın yaradıcılığının müxtəlif istiqamətləri araşdırılıb”,- deyə o qeyd edib.

Ülkər Talıbzadə müasir Azərbaycan musiqişünaslığında da Üzeyir Hacıbəyli irsinin tədqiqinin davam etdirildiyini bildirib. O, görkəmli musiqişünas alim Zümrüd Səfərovanın 40 ildən artıqdır ki, bəstəkarın yaradıcılığını araşdırdığını diqqətə çatdırıb: “Zümrüd xanım deyir ki, 40 ildən çoxdur Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edir, lakin bu sevgisi tükənmir. Hər dəfə onun yaradıcılığına müraciət etdikdə yeni izlər, yeni məqamlar və yeni tədqiqat mövzuları tapır. Bu, Üzeyir Hacıbəyli irsinin nə qədər zəngin və tükənməz olduğunu göstərir”.

O, Üzeyir Hacıbəylinin doğum gününün bəstəkarın doğulduğu evdə qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri