Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi region gəncləri tərəfindən yad edilib AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi region gəncləri tərəfindən yad edilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə misilsiz xidmətləri olan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi region gəncləri tərəfindən də dərin ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, Ulu Öndərin anım günü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə GİKM-in 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən ölkəmizin şəhər və rayonlarında anım tədbirləri keçirilib. Sözügedən tədbirlər gənclərin Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlandırılması, onun irsinin öyrənilməsi və milli dəyərlərə bağlılığın gücləndirilməsinə yönəlib.

Gənclər Ümummilli Lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərində ucaldılmış abidəsini ziyarət edərək, Ulu Öndərə dərin sevgi və ehtiramlarını ifadə ediblər. Daha sonra Heydər Əliyev mərkəzlərinə ekskursiyalar təşkil olunub. Ekskursiya zamanı gənclər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat əldə edib, onun milli dövlət quruculuğu sahəsində gördüyü işlərlə tanış olublar. Mərkəzlərdə nümayiş olunan eksponatlarla, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanın inkişafını əks etdirən tarixi məqamlarla bağlı məlumatlar alıblar.

Rayon rəsmiləri və tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masa və görüşlərdə gənclər Heydər Əliyev irsinin Azərbaycan üçün əhəmiyyətini daha dərindən anlayıb, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafı narminə görülən işlər haqqında məlumat əldə ediblər. Görüşlər zamanı “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Əbədiyyətin ilk əsri”, “Dahi lider” filmləri nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri