Icma.az
close
up
RU
Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası bu gün də aktuallığını qoruyur

Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası bu gün də aktuallığını qoruyur

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən baş direktor AMEA-nın müxbir üzvü Oktay Qasımov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu vurğulayıb. O bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti möhkəm təməllər üzərində qurulub və bu gün də davamlı inkişaf yolundadır. Oktay Qasımov əlavə edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası yalnız tarixi bir dövrü deyil, həmçinin müasir Azərbaycan reallığını əhatə edir və bu gün də aktuallığını qoruyur.

“Bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə uğurlu, milli maraqlara əsaslanan siyasət həyata keçirilir. Əgər Azərbaycan bu gün regionda və beynəlxalq aləmdə söz sahibi olan, təhlükəsiz və sabit bir ölkə kimi tanınırsa, bu, Heydər Əliyev irsinin və onun davam etdirilən siyasi xəttinin təntənəsidir,” – deyə O. Qasımov vurğulayıb.

İnstitutun Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Əfsanə Hüseynova bildirib ki, Ulu Öndərin siyasi irsinin xalqın yaddaşında yaşadılması, dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır.

Əfsanə Hüseynova Heydər Əliyevin elm və təhsilə verdiyi xüsusi önəmi vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin elmin inkişafına yönəlmiş siyasəti – alimlərin sosial rifahının yaxşılaşdırılması, intellektual potensialın qorunması və inkişaf etdirilməsi – bu sahədə bu gün əldə olunan nailiyyətlərin əsasını təşkil edir. AMEA-nın inkişafında, o cümlədən fundamental və tətbiqi tədqiqatların dəstəklənməsində, yeni laboratoriyaların yaradılmasında və gənc alimlərin elmi fəaliyyətə təşviqində Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri