Icma.az
close
up
RU
Ülvi Mansurov: Azərbaycan İnvestisiya Şirkəti “yaşıl enerji” və “yaşıl layihə”lərə üstünlük verəcək

Ülvi Mansurov: Azərbaycan İnvestisiya Şirkəti “yaşıl enerji” və “yaşıl layihə”lərə üstünlük verəcək

Icma.az bildirir, Operativ MM portalına istinadən.

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC “yaşıl enerji” və “yaşıl layihə”ləri prioritet investisiya istiqamət kimi müəyyənləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu AİŞ-in icraçı direktoru Ülvi Mansurov “Euronews”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkət əczaçılıq, qida sənayesi və bəzi istehsal sahələrinə də investisiya yatırmaq niyyətindədir:

“AİŞ indiyədək Azərbaycanda müxtəlif sahələr üzrə 23 layihəyə investisiya qoyub. Bunlardan 19-u zavod, fabrik və istehsalat sahələridir. Şirkətin ümumi investisiyası təxminən 170 milyon ABŞ dolları təşkil edib. Bu layihələrin ümumi dəyəri 1 milyard ABŞ dollarına yaxındır, bunun da 280 milyon ABŞ dolları birbaşa xarici investisiyadır”.

Ü.Mansurov əczaçılıq sahəsində həyata keçirilən layihələrə də toxunub. Onun sözlərinə görə, “Diamed Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində iki zavod inşa edilib:

“Bu zavodlardan biri birdəfəlik istifadə üçün şprislər, digəri isə venadaxili infuziyalar istehsal edir. Bu, bizim əczaçılıq sektorundakı ilk layihələrimiz idi. Üçüncü zavod isə Türkiyə şirkəti ilə birgə inşa edilir və hazırda tikinti mərhələsindədir”.

AİŞ-in icraçı direktoru qeyd edib ki, şirkət investisiya layihələrində məşğulluğun artırılmasına xüsusi önəm verir:

“Bütün layihələr tam gücü ilə fəaliyyətə başlayanda 2 300 nəfər işlə təmin olunacaq. Qeyri-neft sektorunun inkişafında mərkəzi rol oynamağı hədəfləyirik. Gələcəkdə daha çox dövlət və özəl investisiya fondlarının yaradılacağını gözləyirik. Belə fondlar iqtisadi inkişafa böyük töhfə verə bilər. Biz isə tərəfdaşlarımızın layihələrini və ideyalarını dəstəkləmək üçün buradayıq. Xarici tərəfdaşlarımızla riskləri bölüşməyə, bazarı tanıtmağa, riskləri minimuma endirməyə və həm yerli, həm də regional biznes üçün əlverişli mühit yaratmağa hazırıq”.

Qeyd edək ki, ötən il AİŞ 109 yeni investisiya layihəsinə baxaraq müvafiq təhlillər aparıb. Şirkətin Müşahidə Şurası ümumi dəyəri 560 milyon manat olan 8 layihəni təsdiqləyib. Bu layihələrdə AİŞ-in iştirak payı 42 milyon manat təşkil edib.

Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin əsas məqsədi qeyri-neft sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətlərə və digər kommersiya qurumlarına müddətli investisiyalar qoymaqdır.

Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, AİŞ və Sahibkarlığın İnkişafı Fondu birləşdirilərək İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” (ABİF) publik hüquqi şəxs yaradılıb. Prezidentin 23 dekabr 2024-cü il tarixli Fərmanı ilə ABİF-in Nizamnaməsi təsdiq edilib və Fond dövlət qeydiyyatına alınıb. Hazırda Fondun fəaliyyətinin təşkili istiqamətində işlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 21 Mart 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri