“Ümumi təhsil haqqında” Qanuna yeni maddə əlavə edilir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 oktyabr, AZƏRTAC
“Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənə layihəsinə əsasən, “Ümumi təhsil haqqında” Qanuna yeni məzmunda 27.4-cü maddə əlavə ediləcək. Həmin maddədə deyilir: “Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişlidir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















