Icma.az
close
up
RU
UN Habitat Qarabağda ilk dəfə ərazi planlaşdırılmasına cəlb olunacaq

UN Habitat Qarabağda ilk dəfə ərazi planlaşdırılmasına cəlb olunacaq

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının dayanıqlı şəhərsalma məsələlərinə həsr olunan iclasında işini başa çatdırıb.

"APA-Economics" xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında iyulun 16-17-də Yeni Şəhər Gündəliyinin icrasının ortamüddətli icmalına həsr olunan BMT Baş Assambleyasının yüksəksəviyyəli iclasında iştirakını başa çatdırıb.

Azərbaycan nümayəndə heyətinin iştirakının əsas istiqamətlərindən biri cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) əldə olunan nəticələrin beynəlxalq səviyyədə davam etdirilməsi olub. Qeyd edilib ki, 176 ölkədən 58 000-dən çox iştirakçını bir araya gətirən Forum dayanıqlı urbanizasiya sahəsində dünyanın ən nüfuzlu qlobal platformalarından biri kimi yadda qalıb. Forumun yekununda qəbul edilən “Bakı fəaliyyətə çağırış” və “Sədrin xülasəsi” sənədləri, ilk dəfə təşkil olunan Liderlər Seqmenti, eləcə də Bakı Şəhərsalma Mükafatı və digər təşəbbüslər artıq BMT Baş Assambleyasının platformasında öz əksini taparaq Yeni Şəhər Gündəliyinin irəli aparılmasına töhfə verib.

Plenar iclas çərçivəsində Komitə sədri Anar Quliyev Azərbaycanın milli bəyanatı ilə çıxış edib. Bəyanatda ölkədə şəhərsalma və ərazi planlaşdırılması sahəsində həyata keçirilən dövlət siyasətinin əsas nəticələri diqqətə çatdırılıb. Təhlükəsiz, inklüziv və insanmərkəzli yaşayış mühitinin yaradılmasına yönələn islahatlar, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında ərazi planlaşdırılmasının əsas alətlərdən biri olan rolu və bu sahədə tətbiq olunan müasir yanaşmalar beynəlxalq ictimaiyyətə təqdim edilib.

Tədbirlər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma təcrübəsi xüsusi diqqət mərkəzində olub. Münaqişələr, təbii fəlakətlər və məcburi köçkünlük nəticəsində zərər çəkmiş ərazilərin bərpasına həsr olunan nazirlər görüşündə çıxış edən Anar Quliyev vurğulayıb ki, bərpa prosesi keçmiş yaşayış məskənlərinin sadəcə yenidən qurulması ilə məhdudlaşmamalı, insanların daha təhlükəsiz və rahat yaşayışı üçün gələcəyin şəhər və kəndlərinin yaradılmasına xidmət etməlidir. Bildirilib ki, münaqişədən sonrakı bərpa keçmişə qayıdış deyil, müasir, inklüziv və insanmərkəzli yaşayış məntəqələrinin qurulması üçün strateji imkan kimi qiymətləndirilməlidir.

Azərbaycan münaqişədən sonrakı dövrdə bərpa və yenidənqurmaya müasir yanaşmanın praktik nümunəsi kimi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı proqramı beynəlxalq ictimaiyyətə təqdim edib. Qeyd olunub ki, son 6 il ərzində regionda ümumi sahəsi 3 000 000 m² olan müxtəlif təyinatlı tikinti obyektləri istifadəyə verilib, 16 000 ailənin məskunlaşması üçün yaşayış evləri inşa edilib. Hazırda həyat 10 şəhər, 3 qəsəbə və 30 kəndə qayıdıb, həmin yaşayış məntəqələrində isə 90 000-dən çox yaşayır, çalışır və təhsil alır.

Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin mühüm praktiki nəticələrindən biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında Töhfə Sazişinin imzalanması olub. Saziş Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üçün ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını nəzərdə tutur. Layihə UN-Habitat-ın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu prosesə ilk dəfə birbaşa cəlb olunmasını təmin edəcək və beynəlxalq təcrübənin tətbiqi vasitəsilə “Böyük Qayıdış” Dövlət Proqramının həyata keçirilməsinə dəstək verəcək.

Səfər çərçivəsində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax, Polşa Respublikasının nümayəndə heyətinin rəhbəri, İnkişaf fondları və regional siyasət nazirinin müavini Yan Şişko, həmçinin Braziliya Federativ Respublikasının Şəhərlər naziri Antonio Vladimir Moura Lima ilə ikitərəfli görüşlər keçirilib. Görüşlərdə dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və ərazi planlaşdırılması üzrə qabaqcıl təcrübə mübadiləsi müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin Nyu-Yorkda həyata keçirdiyi fəaliyyət Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında formalaşmış beynəlxalq gündəliyin məntiqi davamı olub. Təqdim olunan təşəbbüslər, əldə edilmiş razılaşmalar və imzalanmış saziş şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın daha da genişlənməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 İyul 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri