Icma.az
close
up
RU
UNEC akademiki və şairi bir araya gətirdi

UNEC akademiki və şairi bir araya gətirdi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UNEC-də akademik Muxtar İmanov və şair Rüstəm Behrudi ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, UNEC-də akademik Muxtar İmanov və tanınmış şair Rüstəm Behrudinin tələbələrlə görüşü keçirilib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin təşəbbüsü ilə təşkil olunan görüş “Rəqəmsal dövrdə ədəbiyyat” mövzusunda olub.

Tədbirin açılışında çıxış edən fakültə dekanı, dosent Elman Cəfərov müasir dövrdə humanitar düşüncənin və ədəbiyyatın rəqəmsal transformasiya ilə paralel inkişafının vacibliyindən söz açıb. O, ədəbiyyatın gənclərin dünyagörüşünün formalaşmasında, dərin düşünmə və tənqidi yanaşma bacarıqlarının inkişafında, həmçinin mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynadığını vurğulayıb.

Akademik Muxtar İmanov çıxışında oxucu anlayışına fərqli prizmadan yanaşıb: “Oxucunun gündəlik mübarizəsi əslində insanın özü ilə, biliklə və düşüncə ilə apardığı daxili inkişaf yoludur. Bu gün innovasiya zaman və məkan sərhədlərini aradan qaldıraraq daha açıq və inklüziv mühit yaradır. Bu mühit təkcə bilik ötürmür, eyni zamanda şəxsiyyətin, dəyərlərin və düşüncə tərzinin formalaşmasına xidmət edir. İnnovasiya yalnız texnologiya deyil, düşüncənin sərhədlərini genişləndirən və cəmiyyətə real töhfə verən bir dəyərdir”- deyə akademik bildirib.

Muxtar İmanov tanınmış şair Rüstəm Behrudinin yaradıcılığına da toxunaraq, onun türk dünyasında özünəməxsus poetik düşüncəsi ilə seçildiyini diqqətə çatdırıb. O, şairin əsərlərinin beynəlxalq aləmdə maraqla qarşılandığını, Almaniya, Türkiyə, Fransa və digər ölkələrdə nəşr olunduğunu vurğulayıb.

Görüşdə çıxış edən şair Rüstəm Behrudi şairliyin adi bir peşə olmadığını, onu digər sahələrdən fərqləndirən mənəvi mahiyyətə malik olduğunu bildirib: “Şairlik öyrədilən deyil, yaradana bağlı olaraq insanın daxilində formalaşan bir haldır. Poeziya yalnız ağlın deyil, eyni zamanda ruhun dilidir və söz insanın iç dünyasından keçmədikcə oxucuya təsir göstərə bilmir”. O qeyd edib ki, zaman dəyişsə də, şeir insanın daxilindəki həqiqəti qorumağa, onu söz vasitəsilə yaşatmağa davam edir.

Görüşdə Rüstəm Behrudi məşhur şeirlərini səsləndirərək, auditoriyada emosional mühit yaradıb. Şairi böyük maraqla dinləyən tələbələr ona çoxsaylı suallar da ünvanlayıblar.

Sonda Rüstəm Behrudi kitablarını imzalayaraq tələbələrə hədiyyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri