Icma.az
close
up
RU
UNEC də “Əmək bazarına hazırlıq indeksi” layihəsinin təqdimatı olub

UNEC də “Əmək bazarına hazırlıq indeksi” layihəsinin təqdimatı olub

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yeni layihəsi, “Əmək bazarına hazırlıq indeksi”nin təqdimatı və müzakirəsi keçirilib.

Bu barədə 525.az-a universitetdən məlumat verilib.

Tədbirdə rektor Ədalət Muradov UNEC ilə Agentlik arasında əməkdaşlığın genişləndirilməsindən, qeyri-akademik transkriptin tətbiqi sahəsində görülən işlərdən və qarşıda duran hədəflərdən danışıb. O, ölkəmizdə ilk dəfə tətbiq olunan və tələbələrin çoxşaxəli bacarıqlarını qiymətləndirməyə yönələn “Əmək Bazarına Hazırlıq İndeksi”nin əhəmiyyətini vurğulayıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev UNEC-in daim yeniliyə açıq və tərəfdaşlığa hazır universitet olduğunu qeyd edərək, yeni layihə haqqında ətraflı məlumat verib. Sədr qeyd edib ki, “Əmək Bazarına Hazırlıq İndeksi” tələbələrin qeyri-akademik fəaliyyətlərinin qiymətləndirilməsi, səriştələr arasında balansın təmin olunması və onların dəstəklənməsini hədəfləyir. Yeni yanaşma, biliklə yanaşı bacarığın da əmək bazarında uğurun əsas göstəricisinə çevrildiyini nümayiş etdirir. Sadiq Əliyev layihənin ilkin olaraq UNEC-in maliyyə ixtisasında tətbiq olunacağını bildirib.

Daha sonra Agentliyin Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı təqdimatla çıxış edərək layihənin strukturu, əsas məqsədi, ölçü meyarları və nəzəri istinadları haqqında məlumat verib. O bildirib ki, “Əmək Bazarına Hazırlıq İndeksi” 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanıb və əmək bazarında dəyişikliklərə uyğunlaşma baxımından mühüm yenilikdir. Layihə çərçivəsində qeyri-akademik fəaliyyətləri təhlil edilən tələbələrin nəticələrinə əsasən onlara fərdi inkişaf istiqamətində tövsiyələr veriləcək.

Təqdimatdan sonra layihə UNEC-in struktur rəhbərləri ilə müzakirə olunub və pilot olaraq universitetdə tətbiqinə dair qərar qəbul edilib.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri