“UNEC in beynəlxalq rəqabət qabiliyyətini və tələbə məmnuniyyətini artıracaq” Ədalət Muradov
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Müəllimlərin müasir pedaqoji metodlar, dərs planlaşdırması, qiymətləndirmə və rəqəmsal alətlər barədə bilik və bacarıqlarının artırılması və nəticədə tələbələr üçün daha səmərəli və keyfiyyətli tədris mühiti yaratmaq UNEC-inhədəflərindəndir. Rəqəmsallaşma və Süni İntellektin təhsildə tətbiqi genişləndikcə yeni texnologiyalar, rəqəmsal platformalar və innovativ tədris üsullarına uyğunlaşmaq tələbini nəzərə alaraq, UNEC növbət 50 müəllimləri üçün "Akademik İnkisaf və İnnovativ Tədris Proqramı"nın icrasına başladı”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, programın əsas məqsədi UNEC müəllimlərinin akademik inkisafını və tədrisdə innovativ metodların tətbiqini gücləndirməkdir. Proqram çərçivəsində "Tədrisin əsas prinsipləri və pedaqoji dəyərlər", "Sillabus tərtibatı və fənnin dizaynı", "Qiymətləndirmə və rubriklər", "Rəqəmsal savadlılıq və Süni İntellekt ilə tədris materialları yaratmaq", "Tələbə mərkəzli tədris metodları" və s. kimi mövzular üzrə UNEC müəllimlərinin bilik və bacarıqları təkmilləşdiriləcək. Bu proqram xaricdə təlim keçmiş UNEC müəllimləri tərəfindən keçiriləcək:
“İnanırıq ki, bu kimi təlimlər müəllimlərin şəxsi və peşəkar inkişafını sürətləndirəcək, onların bacarıqlarını genişləndirəcək və akademik fəaliyyətlərini daha məhsuldar etməklə UNEC-in beynəlxalq rəqabət qabiliyyətini və tələbə məmnuniyyətini artıracaq”.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















