UniDestin Avropa universitetlərinin SAT nəticələrini qəbul etməməsi məsələsinə aydınlıq gətirib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Son günlər sosial şəbəkələrdə Azərbaycanda keçirilən Scholastic Assassment Test (SAT) imtahanlarının nəticələrinin Avropa universitetləri tərəfindən qəbul edilməməsi ilə bağlı məlumatlar yayılıb.
UniDestin Təhsil Mərkəzindən APA-ya bidirilib ki, bu məlumatlardan sonra Avropada yerləşən universitetlərlə birbaşa əlaqə saxlanılıb:
“Biz tərəfdaşlarımızla apardığımız rəsmi yazışmalar və əldə edilən təsdiqlənmiş məlumatlar əsasında bildiririk ki, Azərbaycanda rəsmi qaydada keçirilən SAT imtahanlarının nəticələri Avropa universitetləri tərəfindən qəbul olunur. Bu istiqamətdə heç bir məhdudiyyət və ya risk mövcud deyil”.
UniDestindən bildirilib ki, SAT imtahanı beynəlxalq standartlara uyğun təşkil olunur. Qəbul prosesində imtahanın keçirildiyi ölkə deyil, imtahanın rəsmi statusu və nəticələrin etibarlılığı əsas meyar kimi qiymətləndirilir:
“Bu məlumatlar Avropanın müxtəlif ali təhsil müəssisələri ilə aparılan danışıqlar nəticəsində təsdiqlənib. Məsələn, əməkdaşlıq etdiyimiz universitetlərdən olan Almaniyanın Constructor University, Litvada yerləşən Mykolas Romeris University, Finlandiyada fəaliyyət göstərən University of Turku və digərləri Azərbaycanda keçirilən SAT nəticələrinin qəbul edilməsi ilə bağlı hər hansı problem olmadığını yazılı təsdiqləyiblər".
UniDestin Təhsil Mərkəzindən qeyd edilib ki, xaricdə təhsil planlaşdırılması ilə bağlı bütün suallar üzrə peşəkar və dəqiq konsultasiyalar edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Yanvar 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















