Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Universitet tələbəni əmək bazarının tələblərinə uyğun yetişdirə bilmirsə, diplomu heç bir işə yaramaz

Universitet tələbəni əmək bazarının tələblərinə uyğun yetişdirə bilmirsə, diplomu heç bir işə yaramaz

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” hazırlanıb. Məlumata görə, 5 il ərzində universitetdən məzun olanların ümumi sayı 14 min 524 nəfərdir ki, onların da 8 min 173-ü işlə təmin olunub. Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır.Azərbaycan universitetlərinin məzunları iş tapa bilirmi?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün hallarda bizim universitetlərimizin bu istiqamətdə ciddi problemləri var.

İlqar Orucov

“Mən bir neçə il öncə, hətta 10 illərdə çox bir müddətdə universitetlərimizə təklif etmişdim ki, siz məzunların fəaliyyətinin elektron sistemini qura bilərsiniz. Bu, həm də universitetlərə imkan verə bilər ki, tutaq ki, “beş il bundan öncə məzun olmuş şəxs bu gün hardadır”. Bizim universitetlərin məzunları daha çox hansısa dövlət müəssisəsində məmur, nazir, nazir müavini və ya hansısa bir hərbi rütbə daşıyan şəxs və sair. Bu məzunların şəkillərini universitetlərdə asıblar. Sadəcə olaraq fikirləşirlər ki, bu, yalnız göstəricidir. Amma bu, göstərici ola bilməz. Maraqlı olan nədir? Prezident tərəfindən bir məmur məsul vəzifəyə təyin edilir. Onun şəklini universitetdə asırlar. Bir neçə ildən sonra həmin məmur tutaq ki, böyük bir qüsurla işdən azad olunanda o fotonu çıxarırlar. Bu səbəbdən də bu, doğru nümunə ola bilməz”-deyə İlqar Orucov bildirib.

Ekspert qeyd edib ki, universitetin məzunları ilə bağlı konkret statistikası olmalıdır: “Universitet öz məzunlarının bu gün və 5 ildən sonra harada olması, hansı vəzifədə işləməsi ilə bağlı statistika aparmalıdır. Eyni zamanda məzunlarının neçə faizinin çalışması, hansı sektorda fəaliyyət göstərməsi və verdiyi təhsilin onun karyerasında önəmi kimi istiqamətlərdə statistika olmalıdır”.

İlqar Orucov bildirib ki, Azərbaycan universitetlərinin verdiyi təhsil heç də mükəmməl təhsil deyil və bu məsələ zaman-zaman ekspertlər tərəfindən dilə gətirilib.

“Ümumiyyətlə, əmək bazarı üçün peşəkar kadr hazırlığı üzrə universitetlər hələ uzun zaman funksionallıqlarını saxlayacaqlar. Bu gün dünyada 40 mindən çox peşə və ixtisas var. Araşdırmalar sübut edir ki, gənclər, “müasir peşələr nədir, beş ildən sonra hansı peşə daha əhəmiyyətli olacaq və yaxud bu peşənin perspektivi nə qədərdir? Hansı peşəni seçmək lazımdır?” bununla bağlı böyük problem yaşayırlar. Yəni bu, bütün dünyada belədir. Funksionallığı qoruyub saxlamaq üçün universitetlər öz üzərində çalışmalı və strategiyalarını düzgün qurmalıdırlar. Standart ixtisaslar var, hansı ki, məsələn, mən nümunə üçün deyirəm, eyni ixtisası 10 universitet verir. Amma ixtisasa zamanı ayırmış, gəlib orada dövlət hesabına və yaxud öz hesabına təhsil almış bir gənc, dörd ildən sonra iş tapa bilmir və yaxud əksər şirkətlər şikayət edir ki, “mən işçi tapa bilmirəm”. Universitet həm də həmin şəxsə diplom verib. Diplom verməsə, universiteti qismən haqlı çıxarmaq olar. Deməli, belə çıxır ki, sənin verdiyin diplom üzrə ixtisaslaşmış mütəxəssis savadlı mütəxəssis deyil. Problem həm də burdadır”-deyə İlqar Orucov vurğulayıb.

Təhsil eksperti qeyd edib ki, "bu gün universitetə 100 min gənc daxil olursa, beş ildən sonra yenə də 100000 məzun olur" fikri yanlışdır və belə ola bilməz: “Necə oldu ki, təxminən 99 faiz məzun oldu? Amma biz fərqli universitetlərə baxanda görürük ki, 100000 tələbə daxil olub, dörd ildən sonra 20000 məzun olub. Yəni universitet öz verdiyi diploma, öz adına hörmət edir. Tələbə oxumursa, mütəxəssis kimi yetişmirsə universitet ona diplom vermir”.

İlqar Orucovun fikrincə, Kembric Universiteti düşünür ki, onun məzunu 5 ildən sonra harda olacaq, həm də həmin universitet müxtəlif şirkətlərdən sifarişləri zamanında alır.

“Xaricdəki yüksək prestijli universitetlər əmək bazarında həm özəl şirkətlərlə, həm də dövlət qurumları ilə əməkdaşlıq edir. Bir çox hallarda böyük qurumlar üçün iş yeri təklif edən qurumların sifarişi əsasında kadr hazırlığını həyata keçirir. Bəs Azərbaycanda bu varmı? Təbii ki, yoxdur. Bu səbəbdən də bizim universitetlərin bu istiqamətdə bir strategiyaları mütləq olmalıdır. Universitetin məhsulu savadlı, peşəkar, əmək bazarı üçün lazım olan kadrdır. Bu kadrı yetişdirməkdə universitet işin öhdəsindən gələ bilmirsə, verdiyi diplom işə yaramayan diplomdur”-deyə təhsil eksperti vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri