Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Universitetdən redaksiyalara: Jurnalist gəncləri gələcəkdə nə gözləyir? Problemlər AÇIQLANDI

Universitetdən redaksiyalara: Jurnalist gəncləri gələcəkdə nə gözləyir? Problemlər AÇIQLANDI

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Jurnalistika təhsili almış gənclər iş həyatına başlayanda bir sıra çətinliklərlə üzləşirlər.

Universitetdə öyrəndikləri nəzəri biliklər redaksiyaların gözləntiləri ilə çox vaxt üst-üstə düşmür. Bu səbəbdən də onların praktiki bacarıqları və söz ehtiyatı kifayət qədər inkişaf etməmiş olur.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, jurnalistika təhsilində həm nəzəri, həm də praktik hazırlıq gücləndirilməlidir.

Onun sözlərinə görə, jurnalistika fakültəsini bitirmiş gənclər mətbuatda fəaliyyətə başlayarkən bir sıra problemlərlə üzləşirlər.

“Redaksiyanın gözləntiləri ilə jurnalist diplomu əldə etmiş şəxsin biliyi və bacarığı arasında bir uçurum müşahidə edilir. İllər boyu jurnalistika tarixi, xarici ölkələrin mətbuatı, jurnalistikanın etik prinsipləri üzrə təhsil almış gənc, Azərbaycan parlamenti, Nazirlər Kabineti, ölkənin icra strukturları, Azərbaycanın bölgələri, Bakının rayonları, yaşadığı regionda yerləşən ölkələr barədə demək olar ki, məlumatsız olur”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, jurnalistika ədəbiyyata və sözə bağlı sahə olsa da, hazırkı təhsil sistemində nə ədəbiyyata, nə də dilə kifayət qədər zaman ayrılır.

“Tələbələrin həm söz ehtiyatı, həm də kreativ düşüncəsi çox kasaddır. Bu günün gənci kitab oxumaq istəmir, müasir Azərbaycan ədəbiyyatından məlumatsızdır. Yəni tələbənin söz bazası yalnız primitiv məişət söhbətini aparmaq üçün yararlıdır. Dəfələrlə təlim keçdiyim tələbələrin kitab oxumadığının, heç vaxt ciddi sənətə maraq göstərmədiyinin, teatrda olmadığının, layiqli filmlərə baxmadığının şahidi olmuşam” – ekspert bildirib.

İsmayıl Rafiqoğlu təhsil sistemində yaddaşayönümlü yanaşmanın hökm sürdüyünü vurğulayıb:

“Tələbə sadəcə 4 il universitetə gedir, tapşırıqları əzbərləyib imtahanda danışır, sonra da hamısını unudur. Halbuki hər hansı bacarığın unudulmaması üçün onu dəfələrlə tətbiq etmək, yadda saxlamaq və təkrarlamaq lazımdır”.

Ekspertin fikrincə, jurnalistika təhsilində islahatlar aparmaq vacib olsa da, bu proses asan deyil.

“Oturuşmuş düşüncə tərzindən qurtulmaq üçün həm təhsil müəssisələri, həm də Təhsil Nazirliyi artıq qlobal dünyada yaşadığımız, süni intellekt dövründə fəaliyyət göstərdiyimizi nəzərə almalıdır. İnformasiya bu qədər bol olduğu bir zamanda, jurnalist fəaliyyətində lazım olmayacaq bilikləri tələbəyə ötürməyin mənası yoxdur. Düşünürəm ki, jurnalistika fakültələrində nəzəri hissə xeyli azaldılmalı, praktiki bacarıqlar önə çəkilməlidir. Dünya üzrə jurnalistika sahəsində çox maraqlı təhsil proqramları mövcuddur, lakin onların Azərbaycanda tətbiqi olduqca gecikir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri