Icma.az
close
up
RU
Universiteti bitirib “santexnik” olanlar...

Universiteti bitirib “santexnik” olanlar...

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkədə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərlə yanaşı, peşə məktəblərinə üz tutanların sayı da getdikcə artır. 

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda tələbələrin sayı 27 mindən 60 minə qalxıb və son 10 ildə yerli universitetlərə qəbul demək olar iki dəfə artıb. 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb. 

Tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. 

Həmçinin, 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Maraq doğuran odur ki, peşə məktəblərinə qəbul olunanlar arasında ali təhsilli şəxslər də var.

Bu gün həmin şəxslərin peşə məktəblərinə müraciət etməsinin səbəbi nədir, bu, ölkədə əmək bazarının mövcud problemlərindənmi irəli gəlir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cümhuriyət”-ə bildirib ki, peşə təhsili müəssisələri universitetdən fərqli olaraq qısa vaxt ərzində kadr hazırlayır: 

“Belə ki, bir tələbə universitetdə 4 il təhsil alırsa, peşə təhsili müəssisəsində 1-2 il, yaxud 6 ay müddətində kadr yetişir. Peşə məktəblərinin, xüsusilə də paytaxtda yerləşən peşə təhsili müəssisələrinin infrastrukturuna baxdıqda, bəziləri hətta universitetə bərabərdir. 

Məsələn, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi var ki, oradakı şərait, infrastruktur və müəllim kontingentinin əksəriyyəti olduqca yüksək səviyyədədir. Onlarda olan texniki imkanlar universitetlərdən daha yaxşıdır. Belə məktəblər çoxdur. 

Yaxud, Sumqayıt Sənaye Parkında olan İqtisadi Zonaların İnkişafı Agentliyinin həyata keçirdiyi layihə əsasında fəaliyyət göstərən peşə məktəbinin binası o qədər möhtəşəmdir ki, göz oxşayır. Peşə məktəblərində son vaxtlar infrastruktur baxımından irəliləyiş var”. 

Ekspertin sözlərinə görə, ali təhsillilərin peşə məktəbini seçməsinin bir neçə səbəbi var: 

“Onlardan biri odur ki, məsələn, tələbə “Filologiya” ixtisasını bitib, ancaq sahəsini İT üzrə qurub. Peşə məktəbində İT üzrə bir neçə ixtisas var. Həmin şəxs düşünür ki, bununla bağlı hansısa kursa getməkdənsə, gedib 1 il, 6 ay həmin kursu orada keçsin. Həm ödənişi cibində qalsın, həm İT üzrə diplom alsın. İkinci səbəb isə odur ki, həmin şəxs ali təhsilli olsa da hansısa bir sənət bilir. Məsələn, deyək ki, “santexnik”dir. 

Bu gün sənət daha çox qazanc gətirir, nəinki ixtisas. Həmin şəxs fikirləşir ki, hansısa böyük şirkətdə işləmək üçün bu peşə ilə bağlı diplom alsın. Yaxud bərbərlik öyrənmək istəyən gedib 6 aya hər hansı bir bərbərin yanında öyrənməkdənsə, peşə məktəbində bu ixtisası öyrənməyə üstünlük verir. 

Çünki peşə məktəbləri müəllim götürərkən tələblər qoyur ki, həmin sahə üzrə minimum 5 il rəsmi təcrübəsi olmalıdır. Yaxud ali təhsilli şəxs avtomobil rəngsazı, mühərrik yığıcısı olmaq istəyirsə, düşünür ki, qısa vaxtda bu peşəni öyrənib pul qazanacaq”. 

Digər bir səbəb odur ki, peşə məktəbləri işəgötürənlə müqavilə imzalayır:

“Mən çox insan tanıyıram ki, peşə məktəbində avtomobil sahəsi üzrə təhsil alıb. Rəsmi distributor olan beynəlxalq brendlərin avtomobil sexlərində işləyənlər var və yüksək əməkhaqqı alırlar”. 

Ekspertin fikrincə, hər ali təhsil alan şəxsin də öz sahəsində uğurlu olmaması faktdır: 

“Bu ya aldığı keyfiyyətsiz təhsillə bağlı, ya da o sahəyə həvəsinin olmaması, bacarmamasından asılı ola bilər. Həmçinin o sahədə əməkhaqqının az olmasından irəli gələr. O şəxs düşünür ki, qısa müddətdə peşə kursu keçib rahat şəkildə pul qazana biləcək. Çünki buna tələbat var. Bu gün alimin, həkimin, fəhlənin də avtomobili var. 

Onlar maşını təmir etmək üçün məhz təmirçinin yanına gedəcəklər. O, bu sahəni öyrənməklə nələrisə əldə edə bilir. Azərbaycanda ən çox ali təhsillilər peşə məktəbində İKT sahəsinə üz tuturlar. Bu gün ölkədə tanınmış, brend mağazalarda bu sahədə peşəkarlara ehtiyac var. Yəni insanlar öz sahələrində ya tamamilə uğursuzdur, ya da qismən uğurludur. 

İstəyinə çata bilmir və peşə məktəbini seçirlər. Mən düşünürəm ki, 65 nəfər ali təhsillinin peşə məktəbini seçməsi azdır. Peşə məktəbinə müraciət edən ali təhsillilərin sayı daha çoxdur. Sadəcə qəbul olanların sayı 65 olub”. 

Ekspertin sözlərinə görə, burada digər əsas məqamlar da var: 

“Məsələn, abituriyent Tibb Universitetinə qəbul olmaq istəyir, ancaq balı çatmadığından, biologiya müəllimliyi ixtisasını seçməli olur. Bu zaman həmin ixtisasda uğurlu olmur. Nəticədə  yeni peşə ixtisası axtarmağa məcbur olur. Yaxud da müşahidə edirik ki, çox sayda insan əlavə təhsillə bağlı müraciət edir. Məsələn, hər hansı fənn üzrə müəllim ixtisasını öyrənib, ancaq indi hüquqa, psixologiyaya sənəd verir. Onların sayı hədsiz çoxdur. Hətta hansısa ali məktəbi bitirən yenidən kollecə sənəd verir. 

Məsələn, prestijli bir ixtisası bitirib, ancaq gedib tibb kollecinə sənəd verir. Düşünür ki, tibb bacısı olmaqla normal maaş alacaq. Onların bir qismi də qısa zamanda peşəyə yiyələnmək üçün məhz peşə məktəbini seçir. 

Ümumilikdə, bu tendensiya getdikcə artır. Çünki bizdə əmək bazarı da düzgün tənzimlənmir. 10 nəfər sosial işçiyə ehtiyac varsa, 200 kadr hazırlanır. Əmək bazarı da rəqabətli olduğu üçün onların da çoxu uğursuz olur. Azərbaycanda o qədər insan var ki, öz sahəsində işləmir. Ancaq konkret şəkildə deyilsə ki, bu insanlar məhz həmin sahədə çalışmalıdırlar, onda işləyənlərin çoxu işsiz qalacaq”. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: Universitet “santexnik” Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see630

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see427

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see405

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see381

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see241

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see222

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see216

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see204

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see200

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see197

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see191

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see186

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see181

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see180

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see164

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu FOTO

07 İyul 2026 19:08see163

“Hörmüzdə gəmilərə hücum edilib”

07 İyul 2026 05:19see157

İyulun 7 8 də Günəş aktivliyi artacaq

07 İyul 2026 19:30see152

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see151

Prezident yeni cərimələri TƏSDİQLƏDİ

07 İyul 2026 16:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri