XİN də adamı olan santexnik
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Xarici İşlər Nazirliyinin (XİN) adından dələduzluq edən şəxsə hökm oxunub. AzPost-un Qaynarinfo-ya istinadla məlumatına görə, Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan Samir (ad şərtidir) 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İş materiallarına görə, Samir “santexnik” işlədiyi evin sahibəsinə övladını ölkədən çıxarmağa yardım edəcəyini bildirib. O, ev sahibəsini XİN-də tanışlarının olduğuna inandırıb. Samir bu məsələnin 4500 manata həll ediləcəyini deyərək ondan ilkin olaraq 2000 manat, daha sonra isə 2500 manat alıb.
Bir müddət keçdikdən sonra məlum olub ki, Samir yalan vəd verib. Bundan sonra evin sahibəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmə zamanı o da aydın olub ki, Samir əvvəllər də dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















