Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib.
“Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik ali təhsil sisteminə keçib. Bu, Amerika cəmiyyəti üçün inqilabi dəyişiklikdir. Çünki bilirik ki, Avropa universitetləri 3 illik bakalavr sisteminə çoxdan keçiblər. Amma ABŞ 4 illik bakalavr sistemini davam etdirirdi. Artıq ABŞ də bu istiqaməti düşünməyə başlayıb. Çünki bazarın tələbi dəyişir. Təhsilin xərcləri artır, əlçatan olmalıdır, amma çox ölkələrdə xərclər artır. Düşünürəm ki, dünyada baş verən trendləri nəzərə alaraq, bizdə də ali təhsil haqqında qanuna yenidən baxmağa ehtiyac var. Bu istiqamətdə həm də ictimai dinləmə keçirmək olar”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 11 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















