Icma.az
close
up
RU
Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir Ekspertdən TƏKLİF

Universitetlərdə şifahi imtahan ənənələri genişləndirilməlidir Ekspertdən TƏKLİF

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ABŞ universitetlərində şifahi imtahan metoduna qayıdış, ilk növbədə süni intellektdən istifadə zamanı yarana biləcək sui-istifadə hallarına qarşı yönəlmiş strateji bir addımdır. Lakin bu yanaşma təkcə qabaqlayıcı tədbir deyil, həm də imtahan prosesində şəffaflığın qorunması, fikirlərin tam və müfəssəl şəkildə çatdırılması, eləcə də analitik təhlil keyfiyyətinin yüksəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ABŞ-də tələbələrin süni intellektdən geniş istifadə etməsi səbəbindən imtahanların şifahi metoda keçməsindən danışarkən bildirdi.

O qeyd etdi ki, tarix boyu zaman və məkandan asılı olmayaraq, şifahi nitq hər zaman əsas ünsiyyət vasitəsi kimi öz aktuallığını qoruyub:

"Bu reallıq həm təhsil sahəsində, həm də digər ictimai münasibətlərdə dəyişməzdir. Ən yüksək texnoloji tərəqqi dövründə belə, şifahi nitqin təqdim etdiyi imkanları əvəz edə biləcək ikinci bir vasitə yoxdur. Nəzərə almaq lazımdır ki, ABŞ universitetləri ən müasir İT avadanlıqları və orijinal rəqəmsal formatlar vasitəsilə imtahan keçirmək imkanına sahib olduqları halda, məhz klassik formaya - şifahi imtahan üsuluna üstünlük verirlər".

Ekspert bu seçimin sadə bir seçim deyil, yüksək texnoloji imkanlara rəğmən insan zəkasının və ifadə qabiliyyətinin birbaşa qiymətləndirilməsinə verilən dəyər olduğunu vurğuladı:

"Bu tendensiya digər ölkələrin təhsil sistemləri üçün də müsbət və nümunəvi bir model olmalıdır. Bir təhsilsevər olaraq hesab edirəm ki, ölkəmizin universitetlərində də semestr imtahanları və digər qiymətləndirmə mərhələlərində şifahi imtahan ənənələri genişləndirilməlidir. Şübhəsiz ki, burada şəffaflıq və digər sosioloji amillər ətrafında fərqli fikirlər yarana bilər, lakin mahiyyət etibarilə şifahi imtahan analitik təhlilin ən dərin qatlarını üzə çıxarmaq üçün ən ideal formatdır. Tələbələr ilkin mərhələdə bu yanaşma ilə razılaşmasalar da, şifahi nitqin onların fərdi inkişafına və təhlil qabiliyyətinə verəcəyi töhfəni dərk etdikdə, bu metodun əhəmiyyətini mütləq qəbul edəcəklər".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri