Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Unudulmaz yazıçı, milli media xadimi

Unudulmaz yazıçı, milli media xadimi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nahid Hacızadə – 90

Tanınmış yazıçı-publisist və media xadimi Nahid Hacızadənin anadan olmasının 90 illiyini söz adamları, qədirbilən oxucular sevgi-sayqı ilə anırlar. Unudulmaz yazıçımızın 90 illik yubileyi Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda ədibin xatirəsinə dərin ehtiramla qeyd edildi. Toplantıya onun həmkarları, sənət dostları, oxucuları toplaşmışdı. Dəyirmi masanın üzərində yazıçının ömür yoluna işıq salan “Yada düşdü” kitabı düzülmüşdü.

Mərasimin aparıcısı, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa populyar yazıçı, ustad redaktor Nahid Hacızadənin zəngin və mənalı həyat və yaradıcılıq yolundan danışdı.

Xalq artistləri Əli Nur, İlham Namiq Kamal, şair Qulu Ağsəs, yazıçı Elçin Hüseynbəyli, tənqidçi Əsəd Cahangir, şairə Nəzakət Məmmədli və digərləri uzun illər Azərbaycan Televiziyasında rəhbər vəzifələrdə çalışmış Nahid müəllimi milli-mənəvi dəyərlərimizin hamisi kimi xatırladılar. Bu sətirlərin müəllifi də Nahid müəllimlə bağlı xatirələrini dilə gətirdi: “Nahid Hacızadə Azərbaycan nəsrinin zərif ruhlu, lirik-sentimental üslublu yazıçılarından idi. Mən onun “Qərib axşamlar”, “Köçündən ayrı düşmüş durna” povestlərini hələ yeniyetməlik çağlarımda oxumuş və valeh olmuşdum”.

Nahid Hacızadə barədə duyğu-düşüncələrimin davamı olaraq bildirim ki, bu unudulmaz insan ədəbiyyatımızın, eləcə də mənəviyyatımızın uzun yollarındakı işıq dirəklərindən biri idi. Köhnə kişilərdən idi. Sözü kindən, nifrətdən qoruyan, sözün ucalığını, müqəddəsliyini qeyrətlə hifz edən qələm sahibi idi Nahid Hacızadə. Köhnə nəslin sonuncu mogikanlarından idi. Böyük Vətən müharibəsinin odundan-alovundan keçmişdi.

XX əsrin az qala, bütün dahilərilə canlı ünsiyyətdə olmuşdu, televiziyamızın qızıl dövrü həm də onun adıyla bağlıdır. Onun qələmə aldığı xatirələr bizim mənəviyyat tariximizin səhifələridir və nə yaxşı ki, Nahid müəllim o anıları qələmə aldı. O, Demokratik Cümhuriyyətimizlə bağlı “Yaşa, ey haqq” adlı roman da yazmışdı, böyük türk şairi Nazim Hikmətin həyatından bəhs edən sənədli povesti var ki, o əsərdə Nazimin həyatının bizə məlum olmayan məqamları yer alır.

Türk yazarı Can Dündar Nazim Hikmət haqqında çəkdiyi sənədli filmdə Nahid Hacızadəni də danışdırıb. Nahid müəllim həmin filmdə Nazimin Bakı görüşlərilə bağlı son dərəcə maraqlı faktlar açıqlayır.

Nahid müəllim Azərbaycan Televiziyasında elə bir ad qoyub ki, bu gün də yolu oradan keçmiş insanlar onu minnətdarlıq hissilə xatırlayırlar. Hər kəs bu fikrin altından ürəklə imza atır: “Nahid müəllim çörək verən kişi idi”. Televiziyada onlarla gəncə sənət vəsiqəsi verib Nahid müəllim, onların yoluna işıq tutub.

Mənim Nahid müəllimlə tanışlığım 90-cı illərin ortalarına təsadüf edir. Akademik Milli Dram Teatrının təmirə dayandığı dövr idi. Teatrın tamaşaları S.Vurğun adına Rus Dram Teatrında nümayiş olunurdu. Nahid müəllimin “Qisas qiyamətə qalmaz” pyesinin premyerasında iştirak edib tamaşa haqqında qəzetlərdən birinə resenziya yazdım. Əsər Qarabağ savaşından bəhs edirdi və mən o vaxta qədər heç bir teatr tamaşası haqqında bircə yazı belə yazmamışdım. Təcrübəsiz vaxtlarım idi, yazılarım mətbuatda yenicə çap olunmağa başlayırdı. Heç resenziyanın tələblərindən də xəbərim yox idi. Sadəcə, təəssüratlarımı yazmışdım.

Yazı çap olunandan bir-iki gün sonra redaksiyadan dedilər ki, Nahid Hacızadə səni axtarır. Mərhum telejurnalist Telman Qafarovun şöbəsində çalışırdım, həyəcanımı hiss edib gülümsədi, “Nahid müəllim çox ciddi, tələbkar adamdır, sənin yazını bəyənməsəydi, heç vaxt redaksiyaya zəng vurmazdı” deyə məni arxayın elədi. Göstərilən nömrəyə zəng vurdum. Aramızda belə bir dialoq oldu:

– Nahid müəllim, pyesiniz haqqında yazı yazan jurnalist mənəm. Dedilər ki, məni axtarmısınız.

– Hə, igid. Yazın xoşuma gəldi. Sənin neçə yaşın var?

– 20

– Söz duyumun yaxşıdı. Tamaşanın mahiyyətini anlaya bilmisən. Sənə təşəkkür edirəm. Çox sağ ol! Nə çətinliyin olsa, mənə müraciət edə bilərsən.

Nahid müəllim hələ üzünü belə görmədiyi jurnalistə özünün ev və iş nömrələrini vermişdi. İlk dəfəydi ki, ustad qələm sahibindən bu cür münasibət görürdüm və açığı, bu münasibətə heç hazır deyildim. Dilim dolaşdı, ona necə təşəkkür etdiyimi də bilmədim. Nahid müəllimin böyüklüyünü ilk dəfə onda gördüm. Sonralar mən “Ədalət” qəzetində çalışanda “Azərbaycan” nəşriyyatında bu ağırtaxtalı kişiylə tez-tez dəhlizlərdə, yeməkxanada rastlaşırdıq, ehtiramla salam verirdim, gülümsəyib başıyla salamımı alırdı.

Bir dəfə rus yazıçısı Andrey Platonovun “Sərçənin səyahəti” hekayəsi mənim tərcüməmdə ədəbi qəzetlərdən birində dərc olunmuşdu. Nəşriyyatın birinci mərtəbəsində qarşılaşdıq, dedi ki, Platonovu tərcümə etmək çox çətin işdir, sən onu bizim dildə danışdıra bilmisən. Oxudum və bəyəndim. Belə də davam et. Nahid Hacızadə kimi sözə aşırı həssaslıq göstərən qələm adamından bu sözləri eşitmək o qədər də asan deyildi. Onda da çox sevinmişdim.

Günlərin bir günü “Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudovun masasının üstündə Nahid müəllimin “Yada düşdü” adlı xatirələr kitabını gördüm. 650 səhifəlik bu kitabı gözümlə yeyirdim. Tofiq müəllim niyyətimi duyub “incimə, kitabı verə bilməyəcəm, yaxşısı budur, özündən istə” dedi. Nahar fasilələrindən birində yaxınlaşıb kitabını təbrik etdim və ondan bir kitab istədim. “Hər adama kitab vermirəm, amma sənə verərəm”, - dedi, - bir azdan qalx otağıma.

İndi bu yazını işləyərkən kitab rəfindən həmin kitabı götürüb baxdım. Nahid müəllim belə bir avtoqraf yazmışdı: “Gözəl şairimiz Kənan Hacıya! Sənə qəlbincə həyat və sənət sevincləri arzulayıram”. 6.03.2009.

Nahid müəllimlə sıx ünsiyyətimiz yaranmışdı və çox vaxt nahar zamanı bir masa arxasında otururduq. O, masanın ətrafında həmişə ədəbiyyat adamları olardı. Aqil Abbas, Əbülfət Mədətoğlu, Firuz Mustafa, Ağacəfər Həsənli, Vəli Xramçaylı, Oqtay Rza... Asta, ləngərli danışıq tərzi vardı, söhbətlərində bir ağayanlıq vardı, ziyalı mədəniyyəti vardı. Onun zarafatlarında da məna yükü vardı, bu ölçülü-biçili danışıq tərzi mənsub olduğu ziyalı nəslinə xas olan xüsusiyyətlərdən idi. Bu günün qələm adamlarında bu çəki, sanbal çatışmır.

Bir dəfə o vaxt “Mədəniyyət” qəzetinin baş redaktoru işləyən yazıçı Nemət Veysəllidən xahiş etmişdi ki, məni işə götürsün, haqqımda o qədər xoş sözlər dedi ki, məni tər basdı. Dedi ki, bu cavan oğlanın yazı mədəniyyəti indiki gənclərin çoxunda yoxdur. İş məsələsi alınmasa da, Nemət müəllim qəzetə qonorar müqabilində yazılar yazmağımı tapşırdı.

Bir müddət yaxşı qonorar aldım və bu qonorar yeni iş yeri tapana qədər karıma yetdi. Onun tövsiyəsi ilə yazıçı-dramatuq Firuz Mustafanın baş redaktorluğu ilə çıxan “Tac” ədəbi-bədii, publisistik qəzetinə də yazılar yazdım. Nahid müəllimin xeyirxahlığını minnətdarlıq hissilə xatırlayıram.

Ən yaxın dostları Əlibala Hacızadə və İlyas Tapdıq da fani dünyadan köçünü çəkib gedəndən o, tək qalmışdı. Sonuncu dəfə Firuz Mustafadan Nahid müəllimi soruşdum. “Yeriyə bilmir”, – dedi. Söhrab Tahirin ayağını kəsəndə yazmışdım ki, sözün ayağını kəsmək olmur. Nahid müəllimin əvvəlcə ayaqları tutuldu, sonra da o məşum son...

Onun gedişi həm də bütöv bir epoxanın tamamlanması, yekunudur. Bu həmin epoxadır ki, sovet sisteminin milyonlarla vəsait xərcləyib kommunist ideologiyasını yaymaq üçün yaratdığı televiziyanı Nahid Hacızadə öz silahdaşları Gəray Fəzli, Firudin Ağayev, Aydın İbrahimov, Həbibə Məmmədxanlı, Mailə Muradxanlı, Tahir Abbaslı kimi qələm fədailəri ilə millət auditoriyasına, qeyrət yuvasına çevirə bilmişdi. Bu yolun sonu dövlət müstəqilliyimizin qazanılması olmuşdu.

Nahid Hacızadə o ziyalılardan idi ki, onların yaşam tərzi, həyat qaydaları, münasibətlər sistemi qloballaşan dünyanın təzyiqinə davam gətirmir. Məslək və amalları isə bu basqının fövqünə yüksəlir. Nahid müəllim hər zaman qəlbimizdə yaşayacaq.

Kənan HACI,
yazıçı-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri