Uolts: Maduro ABŞ xalqına qarşı hücumlara görə məsuliyyət daşıyır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
"Nikolas Maduro Qərb yarımkürəsində sabitliyi pozduğuna və Venesuela xalqını qanunsuz şəkildə repressiyaya məruz qoyduğuna görə ABŞ xalqına qarşı hücumlara görə məsuliyyət daşıyır".
APA-nın ABŞ bürosunun məlumatına əsasən bunu yanvarın 5-də BMT Təhlükəsizlik Şurasında ABŞ-ın BMT-dəki səfiri Maykl Uolts deyib.
O qeyd edib ki, hazırda Venesuelaya və ya onun xalqına qarşı müharibə yoxdur.
“Biz heç bir ölkəni işğal etmirik. Amerika Birləşmiş Ştatları 15 ildir xalqımıza qarşı törətdiyi cinayətlərə görə qanunun aliliyinə uyğun olaraq ABŞ-da məhkəmə qarşısına çıxacaq narkoqaçalını həbs etdi", - o deyib.
Uolts öz çıxışında Maduronu "qanunsuz, sözdə prezident" adlandıraraq BMT-nin Maduroya qanuni seçilmiş dünya lideri kimi yanaşmamalı olduğunu iddia edib.
"Əgər BMT qanunsuz narko terrorçuya legitimlik verirsə və demokratik yolla seçilmiş prezident və ya dövlət başçısı kimi tanıyırsa, o zaman bu necə təşkilatdır?", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Yanvar 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















