Icma.az
close
up
RU
Ürək sağlamlığına xeyri olan QOZ

Ürək sağlamlığına xeyri olan QOZ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pekan qozunun müntəzəm və ölçülü şəkildə qəbulu “pis” xolesterinin səviyyəsini aşağı sala və maddələr mübadiləsini yaxşılaşdıra bilər. Bu qənaətə İllinoys Texnoloji İnstitutunun tədqiqatçıları gəlib.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Alimlər insanların müasir qidalanma vərdişlərini əhatə edən 52 araşdırmanın nəticələrini təhlil ediblər. Meta-analiz göstərib ki, gündəlik qəlyanaltıların bir porsiya pekanla əvəz edilməsi lipid profilini və ümumi qidalanma keyfiyyətini yaxşılaşdırır. Mütəxəssislərin sözlərinə görə, pekan doymamış yağlar, lif, minerallar, polifenollar, tokoferollar və fitosterollarla zəngindir və bu komponentlər ürək sağlamlığı ilə əlaqələndirilir.

Təcrübələr göstərib ki, gündə 30-70 qram pekan qəbulu ümumi və “pis” xolesterin, həmçinin triqliserid səviyyələrini ən effektiv şəkildə azaldır. Bundan əlavə, iştirakçıların Bəslənmənin Sağlamlıq İndeksi (Healthy Eating Index) üzrə nəticələri də yaxşılaşıb. İştirakçıların bədən çəkisi isə tədqiqatlar boyunca demək olar ki, dəyişməyib. Bir sıra təcrübələrdə toxluq hissinin artdığı və iştaha hormonlarında dəyişikliklərin müşahidə edildiyi də qeyd olunub.

Pekanın qlükoza səviyyəsinə, insulinə həssaslığa, iltihab göstəricilərinə və damar funksiyasına təsiri ilə bağlı nəticələr qeyri-bərabərdir: müxtəlif araşdırmalarda təsir həm müsbət, həm də neytral olub. Koqnitiv funksiyalarla bağlı məlumatlar da hələ təsdiqlənməyə ehtiyac duyur.

Alimlər bildirirlər ki, pekan lipid profilinə müsbət təsir edə biləcək faydalı qida komponentidir, lakin bu məhsul “möcüzə vasitəsi” deyil. Müsbət effekt yalnız balanslaşdırılmış qidalanma və kalori nəzarəti ilə birlikdə özünü göstərir.

Bundan əvvəl alimlər müəyyən etmişdilər ki, qovrulmuş yerfındığı yaddaşı və beynin qan təchizatını yaxşılaşdıra bilər.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri