Ürək və böyrəklərin sağlamlığı üçün hər gün 1 bişmiş kartof
Icma.az, Saglamolun portalına istinadən məlumat verir.
Kartof bütün dünyada ən çox yeyilən tərəvəzlərdən biridir. Dadlı və doyumlu kartof həmçinin çox faydalı məhsuldur.
Saglamolun.az bildirir ki, kartof bir çox vitamin, minerallar, liflər, nişasta və s. faydalı maddələrlə zəngindir.
Kartofun tərkibində kalium çoxdur. Bu mikroelement böyrəklər və ürəyin sağlamlığında xüsusilə böyük rol oynayır. Kalium orqanizmdən artıq mayeni xaric edir və bununla da ürək və böyrəklərə düşən yükləmə azalır, onların fəaliyyəti yaxşılaşır, təzyiq normallaşır. Bütün bunlar, təbii ki, böyrək və ürəyin sağlamlığına çox müsbət təsir edir.
Həkimlər ürək və böyrəklərin sağlamlığını qorumaq üçün hər gün 1 ədəd qabıqda bişirilmiş kartof yeməyi tövsiyə edirlər. Kartofu az suda, sobada (yağsız!) və ya buğda bişirin və yeyin (duz vurmaq lazım deyil).
Saglamolun.Az
Baxış sayı:77
Bu xəbər 16 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















