Icma.az
close
up
RU
Ürəyi qoruyan 7 məhsul

Ürəyi qoruyan 7 məhsul

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qan təkcə ürək-damar sisteminin deyil, həm də bütün orqanizmin sağlamlıq vəziyyətinin göstəricisidir.

O bütün orqan və toxumaların fəaliyyətinə birbaşa təsir göstərir.

Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır.

Əgər qan çox qatılaşarsa, onda o öz əsas funksiyasını yerinə yetirməkdə – yəni qida maddələri və oksigenin ötürməyə çətinlik çəkəcək. Qan dövranının zəifləməsi nəticəsində venaların trombozu və varikoz genişlənməsinin inkişaf edir. Bundan başqa, qanın qatılaşması və laxtalanması ürək tutması və insult riskini artırır.

Qan qatılaşmasını necə azaltmaq olar?

Əgər qanınız qatıdırsa və siz siqaret çəkirsinizsə, onda tezliklə bu vərdişdən qurtulmalısınız. Gündəlik içdiyiniz suyun (su təmiz olmalıdır) miqdarını artırmaq tövsiyə olunur: hər kq-a görə 30 ml su və meyvə-tərəvəz suları.

Publika.az xəbər verir ki, həkimlər bunun üçün qanı durulaşdıran məhsullara üstünlük verməyi məsləhət görür: omeqa-3 yağ turşuları, yod, E vitamini və zəngin salisil turşusu.

Həmçinin ən güclü durulaşdırıcı xüsusiyyətlərə malik olan məhsulların siyahısını sizə təqdim edirik:

1. Zeytun və kətan yağı

Bu iki məhsulda omeqa-3 yağ turşuları və E vitamini vardır ki, bu da qanı effektiv şəkildə durulaşdırır.

2. Giləmeyvə

Çiyələk, qarağat, quşüzümü, moruq, çaytikanı, itburnu kimi ilə meyvələr və salisil turşusu ilə zəngin olan albalı orqanizmdə iltihabı azaldır, qan duruluğunu normallaşdırır. Mütəmadi olaraq təzə və dondurulmuş giləmeyvə (minimum hər gün 100 qram) istifadə etmək məsləhət görülür. Həmçinin müntəzəm nar istifadə etmək çox faydalıdır.

3. Zəncəfil

Qanı durulaşdırmaqla yanaşı, zəncəfil qanda şəkərin səviyyəsini azaldır və maddələr mübadiləsini sürətləndirir. Lakin aritmiya və yüksək qan təzyiqindən əziyyət çəkənlərə həkimlə məsləhətləşmədən zəncəfil istifadə etmək olmaz.

4. Qoz

Gündə bir ovuc qoz qan qatılaşmasını və ürək-damar xəstəlikləri riskini azaltmağa qadirdir. Qoz omeqa yağ turşuları, E vitamini və salisil turşuları ilə zəngindir.

5. Darçın

Darçın tərkibindəki kumarin sayəsində orqanizminə güclü təsir göstərir. Bundan əlavə, bu maddə qanda şəkərin səviyyəsini və təzyiqi azaltmağa qadirdir.

6. Sarımsaq

Nənələrimiz və babalarımız mütəmadi olaraq sarımsaqdan istifadə etməklə ürək-damar sistemi xəstəliklərindən özünü müdafiə edib. Bu bitki qanı effektiv şəkildə durulaşdırır, trombların yaranması riskini azaldır. Hər gün bir diş sarımsaq və 1 xörək qaşığı sarımsaq yağını yemək tövsiyə olunur.

7. Çili bibəri

Qan laxtalanması azaldan və qan dövranını aktivləşdirən komponentlərdən biri də Çili bibəridir.

Pomidor, çuğundur, kələm, təzə bibər də istifadə etmək məsləhət görülür, çünki onlar da ürək damarlarında qan laxtalarının yaranmasına mane olur.

Qanı qatılaşdıran və laxtalandıran vasitələr isə bunlardır: Şəkər, spirtli içkilər, kolbasa, quru, zülallı yağlı yeməklər və qazlı içkilər.

Sidikqovucu və hormonal həblər də qanın qatılaşmasına xidmət edir.

Çoxları qan durulaşdırması üçün aspirin istifadə edir və o 1 saylı ürək-damar xəstəlikləri olan insanlar üçün dərman sayılır. Ancaq həkimin resepti olmadan onu qəbul etmək olmaz.

Aspirinin istifadəsi zərərsiz və təhlükəsiz deyil: Mütəmadi olaraq onun istifadəsi mədə-bağırsaq sisteminin selikli qişasında ciddi xəsarət yaradır, qastrit və mədə xorası doğurur.

Qidalanma istənilən müalicənin çox mühüm hissəsidir, o cümlədən qanın durulaşması üçün. Nə qədər bahalı preparatları qəbul etsəniz də, çox savadlı həkimin yanına getsəniz də, düzgün qidalanmama həmişə istənilən terapiyanın uğurla başa çatmasına mane olur.

Təzə tərəvəz və meyvə qəbulu maddələr mübadiləsinin fəallaşdırılmasına, həzm yaxşılaşdırılmasına, immunitetin möhkəmlənməsinə səbəb olacaq və artıq çəkidən xilas olmağa kömək edəcək. Bu qan sistemi ilə bağlı olan istənilən xəstəliyin öhdəsindən gəlməyə kömək edəcək.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri