Icma.az
close
up
RU
Ürəyim daim anamla eyni ritmdə döyünəcək

Ürəyim daim anamla eyni ritmdə döyünəcək

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Əməkdar artist Manana Caparidze anası Makvala Caparidzenin vəfatından sonra ilk dəfə paylaşım edib.
Missiya.Az 
xəbər verir ki, ifaçı anası ilə fotosunu izləyiciləri ilə bölüşüb və həmin anları bu sözlərlə belə ifadə edib:

“Bir aydan sonra özümdə güc toplayaraq, çalışıram ki, sizin hər birinizə minnətdarlığımı bildirim. Ürəyimdə və ruhumda o qədər çox şey var ki, nədən başlayacağımı belə bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, anamla mən həmişə sizin haqda, sevimli Azərbaycan xalqı haqqında məhəbbətlə danışmışıq. Anamın burada dostları çox idi. O sizdən ilham alırdı. Anamla mən hər gün uca yaradana sizin üçün, tale üçün, çətinlikləri və uğurları ilə bizə verilən ömür üçün şükür edirdik. Son günlər anam həqiqətən arzulayırdı və ümid edirdi ki, birlikdə Bakıya gələcəyik. Çox darıxırdı, bir gün belə olmadı ki, mən ona Bakının müxtəlif gözəl küçələrindən videolar göndərməyim. Ona Azərbaycanda baş verənlərdən danışırdım. Bundan çox ilham alırdı. Anama sizin hər sözünüzü, hər bir təşəkkürünüzü, hər xeyir-duanızı çatdırırdım. O bununla, mənim səhnədə və həyatdakı uğurlarımla yaşayırdı. Mən dünyanın ən xoşbəxt, ən qürurlu qızıyam. Anam mənə güc verəcək və nə qədər ki, mən sağam, sevgimlə, səmimi hisslərimlə, hər birinizə böyük minnətdarlıq hisslərimlə, valideynlərimin qoyduğu yolu davam etdirəcəyəm. Son 20 ildə atam rəhmətə gedəndən sonra, dünyaya anamın baxışları ilə baxmağı öyrəndim. Bundan sonra da dünyaya onun isti baxışları ilə baxacağam. Onun səmimi sözləri ilə danışacağam. Ürəyim daim anamla eyni ritmdə döyünəcək. O, həmişə mənimlə olacaq, mən də onunla! Anamın, mənim üçün böyük planları və məqsədləri var idi. Qardaşım dünyasını dəyişəndə anam deyirdi ki, “Manana oxuyanda, yaşayıram”. Anam məni bir neçə dəfə qucaqladı və dedi ki, oxumağım onun həyatını xilas etdi. Bu, səkkiz yaşlı Manana üçün böyük bir məsuliyyət idi. O, hər dəfə oxumağının anasını xilas etdiyini başa düşdü. Vəfatından əvvəl anamın qucağında uzanıb, onun gözəl ruhu üçün mahnı oxuyurdum, xilas ümidi ilə. Danışa bilmirdi, amma sevgi dolu gözləri, məhəbbət, kədər, xoşbəxtlik, mehribanlıqla dolu gözləri və xeyir-duası, təkrar-təkrar oxumağımı istəyirdi. Anama söz verdim ki, pozitiv olmağa, insanlara xoşbəxtlik bəxş etməyə, oxumağa güc tapacağam və mənim hər notum, səsim, hər ikimizi ifadə edəcək. Anam mənim üçün gözəl nümunə, hər şeydə böyük ilham olub və olacaq! Ana, mən oxuyacağam, sən yaşa! Mənimlə, bizimlə, cənnətdə və harada ki, səmimiyyət, ədəb, sədaqət, qürur, mərhəmət, iman, böyük saf və fədakar sevgi var”.


Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://missiya.az
archiveBu xəbər 17 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1213

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see490

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see380

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see378

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see372

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see330

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see313

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see275

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see206

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see182

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see164

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see157

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see157

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri