Icma.az
close
up
RU
Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? VİDEO

Ürəyində problem olan şəxs hərbi xidmətə çağırılıb? VİDEO

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zərdab rayon sakini Səddam Teyyubzadə səhhətində problem olmasına baxmayaraq, hərbi xidmətə çağırıldığını bildirir.

Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, ona hələ 2013-cü ildə hərbi həkim heyətinin yoxlanışı zamanı anadangəlmə ürək qüsuru diaqnozu qoyulub. Son 13 il ərzində müayinələrdən keçdiyini bildirən S.Teyyubzadə 2026-cı ilin aprelində aparılan təkrar yoxlanış zamanı hərbi xidmətə yararlı hesab olunduğunu vurğulayıb.

Şikayətçi Səddam Teyyubzadə məsələ ilə bağlı narazılığını belə ifadə edib: "Cari ilin 22 aprel tarixində keçdiyim sonuncu müayinənin nəticələri - xəstəliyimlə və ya xidmətə yararlı olmağımla bağlı rəy mənə təqdim olunmur. Yeganə istəyim odur ki, yenidən obyektiv həkim komissiyası təyin edilsin və ürəyimlə bağlı narahatlığım düzgün şəkildə yoxlanılsın. Əgər hərbi xidmətə yararlı olduğum sübuta yetirilərsə, xidmət etməyə hazıram".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Səddam Əsəd oğlu Teyyubzadənin ilkin olaraq 19 iyun 2025-ci il tarixdə Agentlikdə yekun tibbi müayinəsi aparılıb: "Vətəndaşın kardioloji müayinə nəticələrinə əsasən, həmçinin əlavə olaraq sağlamlıq vəziyyətində rəngbərəng dəmrov diaqnozu müəyyən edildiyindən hərbi xidmətə müvəqqəti yararsız olması barədə qərar qəbul edilərək 6 aylıq möhlət müddəti verilib. Səddam Teyyubzadəyə təyin olunan möhlət müddəti başa çatdıqdan sonra növbəti dəfə yenidən Agentlikdə əyani müayinəsi aparılıb. Vətəndaşın müayinə nəticələrinə əsasən, hazırkı sağlamlıq vəziyyətində birincidərəcəli "prolaps" diaqnozu müəyyən edilib ki, bu da müvafiq qanunvericiliyə uyğun olaraq ona hərbi xidmətə çağırışda möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır. Bu səbəbdən də vətəndaşın sıradankənar hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 İyun 2026 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri