Ursula fon der Lyayen: Aİ qiymətləri aşağı salmaq üçün birgə enerji alışı planı hazırlayır
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Avropa Komissiyası (AK) yaxın həftələrdə Avropa İttifaqının (Aİ) enerji müstəqilliyini gücləndirəcək və qalıq yanacaq qiymətlərinin dəyişməsindən asılılığını azaldacaq əlçətan enerji üzrə fəaliyyət planını təqdim edəcək.
“Report” xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Lyayen Qdanskda Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.
“Enerji resurslarının, məsələn, qazın alınmasında gücümüzü birləşdirsək, bazara ayrı-ayrı üzv dövlətlər kimi deyil, birlikdə 27 ölkə kimi daxil olmaqla mövqeyimizi xeyli gücləndirmiş olarıq”, - o deyib.
Komissarın fikrincə, belə kollektiv yanaşma Aİ-yə enerji və qalıq yanacaq bazarının dəyişkənliyindən asılılığını azaltmağa və transsərhəd əlaqələrə və şəbəkələrə lazımi investisiyaları təmin etməyə imkan verəcək.
Fon der Lyayen enerji qiymətlərinin aşağı salınmasının bu il Aİ üçün əsas prioritet olduğunu da vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Fevral 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















