Icma.az
close
up
RU
Uşağı birdən birə tez yatmağa məcbur etmək əks effekt verə bilər Psixoloqdan valideynlərə TÖVSİYƏ

Uşağı birdən birə tez yatmağa məcbur etmək əks effekt verə bilər Psixoloqdan valideynlərə TÖVSİYƏ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məktəblərin açılmasına sayılı günlər qalmış, uşaqlar hələ də yay tətilinin sərbəst yuxu rejiminə öyrəşib. Valideyinlər isə deyir ki, bu hal uşaqların yeni dərs ilinə uyğunlaşmalarını çətinləşdirə bilər.

Bəs yuxu rejimini qaydasına salmaq üçün nələr etmək lazımdır?

Redaktor.az-a açqılamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, yay tətili uşaqlar üçün istirahət, oyun və sərbəst vaxt dövrüdür:

"Bu müddətdə onların yuxu rejimi tez-tez dəyişir, nəticədə gec yatmaq və səhər gec oyanmaq vərdişi yaranır. Lakin məktəblərin açılmasına sayılı günlər qaldığı üçün uşaqların gündəlik rejimini, xüsusilə də yuxu saatlarını yenidən normaya salmaq vacibdir. Düzgün yuxu rejimi uşaqların diqqətini və yaddaşını yaxşılaşdırır, dərs zamanı daha diqqətli və aktiv olmalarına kömək edir. Yuxusuzluq isə əsəbilik, qıcıqlanma və hətta davranış pozuntularına səbəb ola bilər. Yaxşı yuxu həmçinin uşaqların fiziki sağlamlığını dəstəkləyir, immunitet sistemini gücləndirir və orqanizmin inkişafına müsbət təsir göstərir".

Psixoloq qeyd etdi ki, uşaqların yuxu rejimini tənzimləmək üçün bir neçə addım atıla bilər:

"İlk növbədə, yuxu saatlarını mərhələli şəkildə dəyişmək lazımdır. Uşağı birdən-birə tez yatmağa məcbur etmək əks effekt verə bilər, buna görə də hər gün 15-20 dəqiqə daha erkən yatmaq və oyanmaq tövsiyə olunur. Bu şəkildə 1-2 həftə ərzində yuxu rejimi normallaşacaq. Axşam saatlarında yatmazdan əvvəl sakitləşdirici fəaliyyətlərə, məsələn, nağıl oxumağa, yumşaq musiqi dinləməyə və sakit oyunlar oynamağa vaxt ayırmaq faydalıdır. Ekran istifadəsini (telefon, planşet, TV) ən azı 1 saat əvvəl məhdudlaşdırmaq da yuxunun keyfiyyətinə müsbət təsir edir. Gündüz vaxtı açıq havada oyun və fiziki fəaliyyət uşağın axşam daha rahat yatmasına kömək edir. Bununla yanaşı, yuxu mühiti də çox önəmlidir. Otağın işığını yumşaltmaq, səs-küyü azaltmaq, rahat yataq və uyğun temperatur yuxunun keyfiyyətini artırır".

Müsahibimiz əlavə etdi ki, səhər oyanışını daha maraqlı etmək üçün uşağa xoş və kiçik sürprizlər etmək də faydalıdır:

"Məsələn, sevimli səhər yeməyi, musiqi ilə oyanmaq və ya birlikdə qısa idman hərəkətləri etmək yaxşı nəticələr verə bilər. Valideynlər üçün bir neçə kiçik ipucu da mövcuddur. Səbrli olmaq vacibdir, çünki uşağın yuxu rejimi birdən-birə dəyişməyəcək. Ona uyğunlaşmaq üçün vaxt vermək lazımdır. Müsbət yanaşma göstərmək də mühümdür; məsələn, "yatmalısan!" deməkdənsə, uşağı birlikdə sakitləşdirici fəaliyyətlərə dəvət etmək daha faydalıdır. Uşaqlar çox vaxt valideynlərin davranışını təkrarlayır, buna görə də özünüzün nizamlı yatıb-oyanmağa çalışmanız, uşağınızın rejiminə uyğunlaşmasına kömək edəcək. Qeyd olunanlara əlavə olaraq, həftəsonlarında da uşağın rejimi qorunmalıdır ki, bədən tam uyğunlaşsın və istirahət dövrü də eyni ritmdə keçsin.

Unutmayaq ki, yuxu yalnız istirahət deyil, həm də öyrənmə prosesinin vacib hissəsidir. Yuxu zamanı beynimiz gün ərzində öyrəndiklərimizi işləyir, yadda saxlayır və gələcək öyrənmələr üçün zəmin yaradır. Əgər uşaqlar vaxtında yatır və səhər gümrah oyanırsa, məktəb günləri onlar üçün daha rahat və məhsuldar keçəcək. Deməli, yeni dərs ilinə hazırlaşmağın ən mühüm addımlarından biri də yuxu rejimini normaya salmaqdır", - deyə Pərvanə Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri