“Müavinətləri verə verə insanları ələbaxımlılığa öyrədirik” − Deputat
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Qarabağa qayıdan vətəndaşların çoxunun iş tapa bilməməsi barədə narazılıqlar fonunda onlara müavinət verilməsi təklifinə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, deputat pravda.az-a açıqlamasında deyib ki, bu gün Qarabağda vətəndaşların işlə təmin olunmaları üçün dövlət tərəfindən bütün lazımi şərait və imkan yaradılıb.
“Qarabağdan olan və bu bölgədə tez-tez görüş keçirən bir deputat kimi deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər iş var. Bu yaxınlarda getdiyim vətəndaş qəbulunda xüsusi nümayəndəliyin əməkdaşları da iştirak edirdilər. Vətəndaşlara onlarla müxtəlif işlər təklif etdilər. Təəssüf ki, heç də insanların hamısı işləmək istəmir. Müavinətləri verə-verə, güzəştlər edə-edə insanları daha çox ələbaxımlılığa öyrədirik. Müavinət və dəstəyin verilməsinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfi budur ki, insanlar işləmək istəmirlər, hər zaman dəstək istəyirlər. Vətəndaşlar özləri işləməkdə maraqlı olmalıdırlar. İşləmək istəyən insan üçün iş var. Qarabağda daha çox digər bölgələrdən gələnlərlər işləyirlər. Biz insanları Qarabağa qaytarırıq. Bu, böyük bir qayıdışdır. Dövlət hələ də vətəndaşlara müavinət, “qaçqınpulu” verir, dəstək göstərir. Ermənilər məskunlaşdırmanı həyata keçirə bilmədikləri üçün Qarabağı əllərində saxlaya bilmədilər. Məskunlaşdırmanı həyata keçirə bilsəydilər, bu gün Qarabağı azad etmək çox çətin olardı. Məsələnin bu tərəfini də mütləq nəzərə almalıyıq”, - deputat bildirib.
Bu mövzuda digər xəbərlər:Uşağı danışmağa öyrədirik
16 Noyabr 2024 03:23
Veteranların müavinətləri artırıla bilər? Deputat mühüm məsələni vurğuladı
27 Noyabr 2024 19:18
Veteranların müavinətləri artırılsın Təklif
21 Noyabr 2024 13:30
Müharibə veteranlarının müavinətləri artırılmalıdır
26 Noyabr 2024 14:17
Baxış sayı:116
Bu xəbər 22 Sentyabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















