Icma.az
close
up
RU
Uşağın boyu niyə uzanmır?

Uşağın boyu niyə uzanmır?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Valideynlərin əksər hissəsi uşaqlarının ucaboy olmasını istəyir.

Lakin bu hər zaman mümkün olmur. Uşağın boy atması nədən asılıdır?

1. Uşağın boyu əsasən genlərdən asılıdır. Boyu kiçik olan valideynlərin uşaqları da əksər hallarda hündür olmur.

2. İnsan orqanizmində xüsusi "somatotropin" hormonu var ki, bu hormon sümük toxumasının əmələ gəlməsini stimullaşdırır və nəticədə uşaqda boy atma prosesinə təsir edir. Bundan əlavə bu hormon əzələ toxumasının artmasına təsir edir. Bəzən uşqların orqanizmində bu hormon çatışmır və nəticədə uşağın boyu normal uzanmır. Bu səbəbdən uşaqda boy atma ləngiyirsə, onu mütləq endokrinoloq müayinə etməlidir.

3. Düzgün tamdəyərli qidalanma uşağın boy atmasına təsir edir. Elmi cəhətdən sübut olunub ki, uşaq orqanizmində boy atması hormonunun ifrazını zülallı qidalar  stimullaşdırır, qlükoza isə əksinə ləngidir. Bu səbəbdən uşağın rasionunda kəsmik, ət, yumurta kimi məhsulların miqdarını artırmaq, şirniyyatların miqdarını isə azaltmaq lazımdır.

Boy atma prosesinə həmçinin A vitamini (kök, balıq, qara ciyər, göyərti), B vitamini (kərə yağı, süd, yumurta, qoz), kalsium (süd məhsulları), fosfor (balıq) təsir edir.

4. Coqrafi mühit, iqlim də uşağların boy atma prosesinə təsir edir. Şimal ölkələrində yaşayan insanlar, cənub ölkələrində yaşayan insanlarla müqayisədə daha ucaboy olur. Alimlər sübut edib ki, gün şüaları insanda boy atma prosesini sürətləndirir. Lakin gün şüaların "artıqlığı" əksinə bu prosesi ləngidir.

5. Həkimlər uşağın boyunu onun sağlamlığının "indikatoru" kimi qiymətləndirirlər. Sağlam uşaq daha tez uzanır, hər hansı xəstəliyi (xüsusilə ciddi xroniki xəstəliyi) olan uşaq isə əksinə daha gec uzanır. Boy atma prosesi bir çox xəstəliklər zamanı ləngiyir. Anemiya, bağırsaqda sorulma proseslərin pozulmaları, tez-tez təkrarlanan nəfəsalma sistemi xəstəlikləri, ürək qüsurları, böyrək və qara ciyər funksiyalarının pozulmaları uşaqda boy atma prosesini müvəqqəti olaraq ləngidə bilər. Uşaq sağaldıqdan sonra isə uşaq daha tez uzanmağa başlayır.

6. Uşağın psixoloji durumu da boy atma prosesinə təsir edir. Uzunmüddətli stress zamanı boy atma hormonun ifrazı azalır və uşaqlar uzanmır. Bu səbəbdən ailədə uşaq üçün müsbət psixoloji şərait yaratmaq çox vacibdir.

Nəzərinizə çatdıraq ki, oğlanlarda boy atma prosesi təxminən 19-21 yaşlar arası, qızlarda isə daha tez 17-19 yaşlar arası bitir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri