Icma.az
close
up
RU
Uşağın başı niyə ağrıyır?

Uşağın başı niyə ağrıyır?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çox zaman uşağın başı ağrıyanda böyüklər dədə-babalardan qalma məşhur sözü deyir: heç uşağın da başı ağrıyar?

Sanki uşaqlar üçün baş ağrıması hələ tezdir, başağrısı böyüklərə məxsusdur. Halbuki necə ki, böyüklərin başı, siniri, əzələri var, uşaqlar da eyni fiziologiyaya malikdir. Son vaxtlar uşaqlar və yeniyetmələr arasında baş ağrıları, spazmlar artıb.

Bir uşağın niyə görə başı ağrısın? Həkimlər bu suallara cavab tapmağa çalışır. Çünki uşaq özü baş ağrısının tam klinikasını izah edə bilmir. Ona görə uşaqlarda baş ağrısının səbəblərini araşdırmaq ciddi müayinələr tələb edir. Ilk növbədə baş-böyun USM və ya rentgeni aparılır.

Medicina.az bildirir ki, səbəblərdən ən birinci doğuş travmalarıdır. Doğuş prosesinin pozulması, çətinliyi və uşağın oksigen çatışmamazlığı keçirməsi, boyun fəqərələrində yerdəyişmə nəticəsində yaxınlıqda olan qan damarlarının az da olsa sıxılması baş-beyinin müyyən hissələrdə qan dövranı pozulmasına səbəb olur. Beyin qabığı kifayət qədər oksigen almır. Belə travmalardan sonra uşaqda alın, gicgah və boyuna yayılan ağrılar olur.
Bəzən onurğada sürüşmə sinir uclarına təsir edir. Belə olan halda baş ağrısı ilə yanaşı dərinin, ətrafların uyuşması baş verir.

Əgər ana bətnində ikən döl kifayət qədər  oksigen almırsa, çox güman ki, doğumdan sonra o uşaqda daimi qan dövranı pozğunluğu səbəbindən baş ağrıları olacaq.

Vegetativ disfunksiya - uşaqlarda baş ağrısının daha bir səbəbidir. Bu xəstəlik uşaq normadan artıq sürətlə böyüdükdə, boyu uzandıqda yaranır. Daxili orqanların ümumi kütləsi sümük skeletinin uzanmasına tərs mütənasib olur.

Vegetativ disfunksiya məktəbə başlayanda uşağın beyninin həddən artıq yüklənməsi, psixoloji travmalar, yuxu istirahət rejiminin pozulmasında da inkişaf edir.

Uşaq möhkəm yıxılıbsa, başından zədə alıbsa, istənilən belə zədə beyin mədəciklərinə maye axını yaradır. Uşaqda kəllə daxili təzyiq artır, bu da baş ağrıları verir.

Əgər uşaqda baş ağrıları çox güclüdürsə, dərman sakitləşdirmirsə, qusma, gözlərdə problem, huşunu itirmək kimi əlamətlər verirsə o zaman beyin şişindən şübhələnmək olar.

Valideynlərə məsləhət:

Uşağın başının tez-tez ağrımasının qarşısını almaq üçün onunla açıq havada, parkda çox gəzin. Yuxu rejimini qaydaya salın. Gündə 9-10 saatdan az yatmamalıdır.

Uşağın yatdığı otaqda təmiz hava olmalıdır.

Televizor, telefon və kompüter də uşaq beyninə mənfi təsir edib, spazmlar verə bilər. Ona görə uşağa gündə 1-2 saatdan artıq ekran qarşısında oturmağa icazə verməyin.

Əgər uşaqda görmə zifliyi varsa, mütləq düzgün eynək seçilməlidir, əgər uşağın gözlərinin problemi həll olunmasa bu da baş ağrıları verəcək.

Əgər övladınızı mütəmadi baş ağrıları narahat edirsə, yaşından asılı olmayaraq onu vaxtında nevrapotoloq və göz həkiminə aparın.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri