Icma.az
close
up
RU
Uşağın gələcəyini və psixologiyasını məhv edən silahlardan biri

Uşağın gələcəyini və psixologiyasını məhv edən silahlardan biri

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Bir uşağı susdurmaq istəyirsinizsə, daim onu ​​günahlandırmayın. Çox təəssüf ki, valideynlərin əksəriyyəti günahlandırma metodundan istifadə etməklə sanki problemi həll etdiklərini düşünürlər. Eyni zamanda, onlar elə hesab edirlər ki, bu yolla uşaqlara məsuliyyət hissi aşılayırlar. Lakin, günahlandırmaq məsuliyyət deyil, sadəcə qorxu və utanc yaradır.
Susdurmaq üçün günahlandırma metodundan istifadə etmək, bəlkə qısamüddətli "sakitlik" yarada bilər, "problem həll edildi" kimi görünə bilər.
Çox zaman 'yaxşı niyyətlə' etdiyimiz hərəkətlərin uşağın daxili dünyasını necə zədələdiyinin fərqində olmuruq. Bəs istifadə etdiyimiz bu metodların uşaqlarda nə kimi fəsadlara yol açdığını heç düşündükmü?
Əslində, bu, uşağın gələcəyini və psixologiyasını məhv edən 'silahlardan' biri, hətta deyərdim ki, birincisidir. Çünki bu yanaşma uşağın şəxsiyyətini zədələyir.
​Daimi günahlandırmanın yaratdığı əsas fəsadlar bunlardır:
- Hər kiçik səhvlərdə özünü günahlandırmasına, yaşam boyu özlərinə inanmamağa başlaması və gördüyü hər bir işin qarşı tərəfdən təsdiqini gözləməsinə gətirib çıxarır. Yəni onlarda özgüvən hissi zəifləyir və özlərini "dəyərsiz hiss edirlər;
- Hər zaman qorxu içində yaşadıqları üçün onlarda xroniki qorxu və təşviş hissi yaranır ki, bu da onlarda psixoloji problemlərə səbəb olur;
-Ailədə sağlam mühit olmadığı, uşaqlar valideynlərdən qorxduqları üçün (onlara güvənmədikləri) uşaqlarla valideynləri arasında emosional bağ yaranmır;
- Daim tənqid olunmaqdan qorunmaq üçün uşaqlar yalan danışmaq məcburiyyətində qalırlar.
Bir sözlə, uşağı günahlandırmaqla onlarda məsuliyyət hissi deyil, əksinə onlarda nifrət etməyi, özgüvənsizliyi yaradırıq. Çalışmalıyıq ki, onların sağlam bir şəxsiyyət kimi yetişməsi üçün hər edilən səhvi uşaqlara öyrənmə fürsəti kimi təqdim edək.
Ruhiyyə Mehdiyeva
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Fevral 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri