Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə... TƏHLÜKƏLİ XƏSTƏLİK

Uşağınız yuxuda ağlayır, danışır, gəzirsə... TƏHLÜKƏLİ XƏSTƏLİK

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Alimlər uzun illərdir yuxuların real həyatla nə dərəcədə bağlı olduqlarını araşdırırlar.

Yuxuda gördüyümüz fantastik hadisələr gün boyu yaşanan hadisələrin insan beynində şüurlatı yerləşməsi və bunun yuxu zamanı ortaya çıxması kimi qəbul edilir. Bəs görəsən, yuxuda danışmaq hansısa xəstəlik göstəricisi hesab edilə bilərmi? İnsan beyni 8 saat normal yuxu rejimində dincəlir. Bu zaman görülən yuxular, qarabasmalar psixologiyamıza necə təsir edir?

Bu barədə Publika.az-ın suallarını tanınmış nevropatoloq Hüseyn Soltanov cavablandırdı.

Həkim yuxu rejiminin pozulmasını əhəmiyyətsiz sayan insanlara səslənərək, bunun bir sıra psixi xəstəliklərin, eləcə də epilepsiyanın başlanğıcı ola biləcəyini dedi:
“Yuxu çox dərin prosesdir. Əsasən 4 fazadan ibarət olan yuxu pozuntularına uşaqlarda 50%, böyüklərdə isə 5% rast gəlinir. Bəzən sadəcə yorğunluğun, depressiyanın səbəb ola biləcəyi düşünülür. Lakin bu problem olduqca ciddi fəsadlar yarada bilər. Məsələn, gec saatlarda ağır həzm olunan qidalar yedikdə belə yuxu problem yaşana bilir. Mədədə həzm prosesi getdiyi üçün beyin oyaq olur və beləliklə yuxu rejimi pozulur. Bunu nəzərə alsaq, demək olar ki, yuxu sisteminin öyrənilməsi hər zaman alimlərin diqqət mərkəzində olur. Normal yuxu 8 saat olmalıdır. Lakin bu da insan orqanizminə görə dəyişir. Yuxunun birinci fazası “yuxuya getmə” adlanır və bu yalnız bir dəfə baş verir. Digər 2,3,4-cü fazalar isə (delta yuxu) ola da bilər, olmaya da. İnsan var ki, 8 saat yatır, yenə də doymur, çünki heç bir halda yuxu görmür. Yuxu strukturu pozulmuş olur. İnsan da var ki, 30 dəqiqə yatır və tamamilə gümrah oyanır. Bu individual olaraq dəyişir. Sovet alimlərindən biri iddia edirdi ki, yuxu ağrı, yuxu və depressiyadan ibarət üçbucaqdır. İnsan bu bucaq altında minimum 8 saat yatır. Əgər ağrınız varsa, yuxu rejiminiz pozulur, pozulursa, depressiyaya düşürsüz və depressiyada olan insan yuxunun birinci fazası olan “yuxuya getmə” prosesini normal yerinə yetirə bilmir. Ona görə də yuxu strukturunun pozulmasının müalicəsi birbaşa psixoloji və digər irsi xəstəliklərin aradan qaldırılması ilə bağlıdır”.

O bildirib ki, yuxuda olan insanın beyni kliniki üsullara ensefaloqrafiya edildiyi zaman normal yuxu rejimində olan şəxsdə delta yuxu dalğaları öz normasında hərəkət edir:

““Yuxu Monitorinqi” və ya ensefaloqrafiya zamanı ortaya çıxan nəticələrdən fərqli olaraq, bəzi insanlarda yuxu strukturunun pozulması müxtəlif gizli proseslərdən də xəbər verə bilər. Ümumiyyətlə yuxu zamanı danışmaq, hərəkət etmək, ağlamaq, diksinmək qeyri-adi hərkətlər və s. bunlar yaş həddinə görə dəyişir. Bir neçə dəfə müşahidə olunursa, bu o qədər də riskli vəziyyət hesab olunmur. Ümumiyyətlə belə olan hallarda həmin insanları oyatmağa çalışmayın. Çünki onlar sizi hiss etmirlər. Belə deyək, siz hər hansı ciddi bir işlə məşğul olduğunuz zaman sizə mane olan insanlara qəzəblənirsiz. Hətta ciddi mübahisələr belə yaşana bilər. Eynilə yuxuda danışan, hərəkət edən insanları da narahat etmək olmaz. Onlar sizə qəfildən qeyri-ixtiyari xəsarət yetirə bilərlər.”

Həkimin sözlərinə görə, 4-14 yaş arası uşaqlar yuxuda danışır, ağlayır və ya gəzirsə, bu gizli epilepsiya əlaməti ola bilər:“Əksər hallarda epilepsiya xəstəliyinin yeganə və ilkin simptomu yuxu pozğunluğu olur. Epilepsiyanın bütün parsial formaları arasında ən çox (80-85%) rast gəlinəni “gicgah epilepsiyası”dır. Digər epilepsiya növlərindən fərqli olaraq, bu zaman heç bir qıcolma müşahidə olunmur. Bəzən illərlə bu proses inkişaf edir və ağır formaya gəlir. Gizli şəkildə yayılan şəkər xəstəliyi kimi orqanizmdə böyrəkləri sıradan çıxarana qədər inkişaf edir və valideynlər çox zaman bunu diqqətə almırlar. Dediyimiz yaş həddi arasında olan uşaqlar gecə yuxuda ağlayırsa, danışırsa, aqressivləşirsə (bu hallar ard-arda 1 ay ərzində 5-6 dəfə müşahidə edilirsə) mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda ensefaloqrafiya zamanı epilepsiyaya xas spesifik dəyişikliklər, fenomenlər müşahidə edilir. Bu zaman dəqiq diaqnoz qoyulur və gecikmədən müalicə edilir.

Bəzən yuxu prosesinin təsiri altında qalan insanlar olur ki, oyandıqdan sonra da reallıqla yuxunu bir-birindən ayıra bilmir. Hərdən belə insanlarda ciddi psixi problemlər də müşahidə olunur ki, belə olan halda həmin insanlar cəmiyyət üçün olduqca təhlükəli hesab edilirlər.

Təəssüf ki, belə hallar mövcuddur. Lakin tibb bunu daha əvvəl müşahidə edə bilmir. Yuxuya görə, insanı mühakimə etmək olmaz. Cəmiyyətdə bu cür insanlar müxtəlif hadisələr törətdikdən sonra aşkarlanır və o zaman da çox gec olur. Birmənalı olaraq, yuxuda gördüyünü gerçək həyatda təkrarlamaq olduqca təhlükəlidir. Normal yuxu strukturuna görə insanı qabaqlaya bilməz. İnsan oyaq vaxtı müxtəlif hadisələrlə üzləşir, insanlarla ünsiyyətdə olur və yuxu zamanı həmin proseslər təkrarlanır. Qısa müddətli yaddaş uzun müddətli yaddaşa köçürülür. Təbii ki, bu beynin dincəlməsinə mane olur və daim aqressiya, stress yaradır”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri