USAİD in fəaliyyəti çirkli və qaranlıq olub POLİTOLOQ ŞƏRH ETDİ
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ümumiyyətlə USAİD Amerika Birləşmiş Ştatlarının rəngli inqilab ixrac edən fabrikası kimi tanınıb. USAİD-in bütün fəaliyyəti ölkələrin daxili işlərinə qarışmaq, ölkələrdə müxtəlif çaxnaşmalar yaratmağa kökləniblər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, USAİD bu cür qanunsuz fəaliyyətləri ilə bütövlükdə bu gün ABŞ-də Donald Tramp hakimiyyəti və onun komandasının da etiraf etdiyi bir sıra illeqal fəaliyyətlərdə adı hallanan təşkilatdır. "Faktiki olaraq bu gün ABŞ-nin özündə aparılan araşdırmalar onu göstərir ki, doğurdan da USAİD-in fəaliyyəti çirkli və qaranlıq olub. Onun adı bir sıra qeyri-qanuni təşkilatlar və terror şəbəkələri ilə hallanır. Həmçinin USAİD Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə qanunsuz işlərlə məşqul olub. Ölkələrin daxili işlərini qarışdırmaq, ictimai xaos yaratmaq və fikir çaşqınlığı formalaşdırmaq üçün əlindən gələni edib. Bu gündə görürük ki, USAİD və onun arxasında duran qüvvələr, ölkələrin daxili prossesini qarışdırmaq üçün əllərindən gələni etməyə çalışırlar. Hesab edirəm ki, USAİD və bunun kimilərin fonundakı təşkilatların qeyri-qanuni fəaliyyətlərinin qarşısı vaxtında alınmalı idi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















