USAID in fəaliyyətində xristian təəssübkeşliyi açıq özünü göstərirdi
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
USAİD agentliyinin Azərbaycana qarşı qərəzli və düşmən mövqeyi, əlbəttə ki, onun fəaliyyətində əsas kriteriya xristian təəssübkeşliyi açıq özünü göstərirdi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, 30 illik Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, bir milyondan çox məcburi köçkünlərinin fundamental hüquqlarına laqeyid qalan USAİD, 2020-ci il Vətən müharibəsindən sonra öz suveren ərazisində Laçın yolunda Azərbaycan nəzarət postu qurmağın az qala bütün Azərbaycan xalqına və dövlətinə müharibə elan etdi:
"Hazırda da USAİD formalaşdırdığı beynəlxalq şəbəkə və lobbi xidməti ilə Azərbaycana qarşı düşmənçilik işini davam etdirir. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı, müharibə cinayətləri törətmiş, qondarma separatçı rejimin liderləri xüsusən də Ruben Vardanyanın həbsdən, daha doğrusu məsuliyyətdən yayındırmaq üçün bütün imkanlarları səfərbər edib və Azərbaycana qarşı beynəlxalq səviyyədə təzyiqləri artırmağa çalışır. Hətta Azərbaycanda keçirilən və ya keçiriləcək beynəlxalq tədbirlərin baykotu ilə Azərbaycan dövlətinin, xalqının iradəsinə təsir etmək istəyir.
Əlbəttəki, belə təşkilatların fəaliyyətin dayandırılması müəyyən mənada müsbət addımdır, ancaq bu ABŞ dövlətinin onun istəklərinə tabe olmayan dövlətlərə qarşı siyasətini dəyişən deyil".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 17 Fevral 2025 08:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















