Icma.az
close
up
RU
İnqilablar adasının sonu gəlir: USAİD in fəaliyyətində kardinal dəyişiklik gözlənilir

İnqilablar adasının sonu gəlir: USAİD in fəaliyyətində kardinal dəyişiklik gözlənilir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq


Ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAİD-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAİD-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. Çünki USAİD qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-nin bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub. Faktlar göstərir ki, 1991-ci ildən USAİD Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir. ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib. Mask vurğulayıb ki, USAİD seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib: “USAİD-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək, yoxlamalara tab gətirməyən şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı. İnvestisiya gəliri baxımından deyərdim ki, ümumiyyətlə, həmişə çox yaxşı olmayıb. Agentlik səriştəsiz və çox korrupsionerdir”. O, təfərrüatları açıqlamayıb və söhbətin hansı ölkələrdən getdiyini bildirməyib. Xatırladaq ki, ötən həftə administrasiya ABŞ-nin xarici yardımlarını dondurub. Mask USAİD agentliyini Çin laboratoriyasını maliyyələşdirməkdə ittiham edib. Amerikada iddia edilir ki, koronavirus məhz bu laboratoriyadan yayılıb. İlon Mask bunlarla bağlı müvafiq bəyanatları öz "X" hesabında dərc edib. Bildirilib ki, Tramp hökuməti dünya miqyasında göstərilən on milyardlarla dollar həcmində yardımı dayandırmaqda israrlıdır. Donald Trampın elan etdiyi "Amerika hər şeydən əvvəl" xəttini həyata keçirməkdə israrlıdır və bu strategiyasını həyata keçirmək üçün USAİD-dən başlayıb. 100-dən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollardan çox büdcəyə malikdir. Bu təşkilat dünyada, xüsusilə postsovet məkanında müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışması, inqilablara sponsorluq etməsi ilə tanınıb. Agentlik Cənubi Qafqazda da bu siyasətini yeritməyə çalışıb. Qonşu Gürcüstanda baş tutmayan inqilab ssenarisində də bu təşkilatın xüsusi rolu olub. Tbilisi hakimiyyəti son açıqlamalarda bunu rəsmən təsdiqləyib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "X"də USAİD-in ölkədəki fəaliyyəti ilə bağlı tənqidi paylaşımında qeyd edib ki, USAİD Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib. O vurğulayıb ki, şəxsən özü ABŞ Konqresini qəsdən edilmiş bu səhvləri araşdırmağa çağırıb, lakin heç bir nəticə əldə olunmayıb. Parlament sədri, xüsusilə, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAİD tərəfindən maliyyələşdirilən ISFED adlı "QHT NDI" proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Papuaşvili iddia edib ki, USAİD-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb. O, həmçinin həmin dövrdə ABŞ-nin Gürcüstandakı səfirini də ittiham edərək səfirin böyük ehtimalla məsələdən xəbərdar olmasına baxmayaraq, susduğunu bildirib. USAİD analoji fəaliyyətini illər öncə Azərbaycanda da həyata keçirməyə çalışıb, lakin cəhdləri baş tutmayıb. Belə ki, təşkilat müxtəlif qrant və ianələr hesabına Azərbaycanda öz planlarını reallaşdırmağa cəhd göstərib. USAİD-in ən böyük qərəzi və riyakarlığı ondadır ki, onun rəhbərləri Bakıda səfərdə olarkən Ermənistandan - tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. Qurum onlara heç bir yardım etməyib. Qərb siyasi institutları sırasında yer alan USAİD heç vaxt Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib. 1991-ci ildən USAİD "Azərbaycana dəstək" proqramlarına 450 milyon dollardan çox vəsait sərf etsə də, Gürcüstana 1,8 milyard, Ermənistana isə 1992-ci ildən bəri 3,3 milyard dollar sərmayə yatırıb. Hazırda 22 layihə üzrə İrəvana dəstək davam edir. Hesab edirik ki, adıçəkilən təşkilata ən böyük qiyməti Prezident İlham Əliyev verib. O, 2024-cü il dekabrın 18-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxunub. Bir faktı da qeyd edək ki, USAİD-in Azərbaycana qarşı qərəzi, xüsusilə, 2023-cü ildən sonra, daha dəqiq ifadə etsək, ölkə öz suverenliyini bərpa etdikdən sonra start götürdü. Keçmiş Bayden administrasiyası tərəfindən ölkəmizə qarşı heç bir əsası olmayan təzyiqlər başladı, Azərbaycanı cəzalandırmaq üçün "907-ci düzəliş" ortaya atıldı. Yəni Bayden administrasiyası Azərbaycanı yardımlardan məhrum etməklə "cəzalandırmaq" istədi. Qeyd edək ki, USAİD-in direktoru ermənipərəst Samanta Pauer adlı xanımdır. O, dəfələrlə separatçılara dəstək verməsi ilə tanınır. Bu xanım bir dəfə iddia edib ki, Azərbaycanı tərk etmiş könüllü ermənilərin sayı 100 mindən çoxdur. Azərbaycan da dəfələrlə USAİD-lə bağlı rəsmi səviyyədə narazılığını ifadə edib. Məsələn, xarici işlər naziri Ceyhun Bayramov “Biz bir daha şahid olduq ki, USAİD-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAİD-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb” deyib. Trampın böyük ehtimalla təşkilata qarşı çıxmasının mühüm səbəblərindən biri də USAİD-in adının narkotik vasitələrin satışı və becərilməsində iştirakı ilə bağlıdır. Yayılan xəbərlərə görə, USAİD Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verib. Onun Soros Fondu tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırdığı barədə mediada xəbərlər yayılıb. USAİD bu vəsaitlər müqabilində hansı vətəndaşlar və siyasətçilərin təqib olunmasına dair istiqamətlər verib.


Siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov "Sherg.az"a deyib ki, USAİD son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib. Onun dediyinə görə, USAİD-in Azərbaycana qarşı qərəzli ittahamları əsasən, 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb:

seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri