Icma.az
close
up
RU
USAİD in fəaliyyətində bəşəri cinayətin izləri görünür ŞƏRH

USAİD in fəaliyyətində bəşəri cinayətin izləri görünür ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Təşkilatın radikalizmi stimullaşdırması ayrı-ayrı ölkələrdə deyil,  bütövlükdə dünyada sivilizasiyalararası qarşıdurmanı artırır


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ləğvi prosesinə start verilib. USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Üstəlik, təşkilatın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar da üzə çıxıb. Agentlik korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask açıq şəkildə USAİD-i cinayətkarlıqda ittiham edib.



“Sherg.az”a açıqlamasında USAİD-in ləğv olunmasının Azərbaycan və digər ölkələrə təsirindən danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli USAİD-in ayrı-ayrı ölkələrdəki separatçı qurumları maliyyələşdirməsi, ölkələrin daxili işlərinə müdaxiləsi, SOROS-un maraqlarının müdafiəsi istiqamətində atdığı addımları radikal dəlilik adlandırıb:

“USAİD-in radikalizmi stimullaşdırması ayrı-ayrı ölkələrdə deyil,  bütövlükdə dünyada sivilizasiyalararası qarşıdurmanı artırır. Bu isə bəşəri cinayət hesab edilir”. 


Millət vəkilinin sözlərinə görə, USAİD-in pulunun ən yaxşı halda 10 faizi ehtiyacı olan insanlara kömək edən real layihələrə çatır. Yerdə qalanı isə təxribat törətmək üçün istfadə edilir:

“Azərbaycan da dəfələrlə bu təsisatın əsl məqsədlərinin nə olduğunu açıq şəkildə bəyan edib. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində demişdi ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra USAİD-in fəaliyyətini qadağan edə bilər. Hazırkı vəziyyəti analiz etdikdə hadisələrin elə həmin istiqamətdə cərəyan etdiyini görürük. Ölkədə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrü olduğunu, lakin bunun qarşısının alındığını bəyan etmişdi”.


Rəsmi Bakının ta əvvəldən USAİD-ə qarşı münasibətinin  birmənalı olmadığını xatırladan politoloq Zaur Məmmədov isə deyib ki, USAİD son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib:

“USAİD-in Azərbaycana qarşı qərəzli ittihamları əsasən 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb. Həmin vaxt USAİD-in rəhbəri Samanta Pauer  demişdi ki, bir günlük antiterror əməliyyatı nəticəsində "yüz mindən çox insan evlərini tərk etməyə, qonşu Ermənistana köçməyə məcbur olub". Halbuki, birgünlük antiterror əməliyyatından dərhal sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanat verdi ki, dinc əhaliyə qarşı heç bir zorakılıq olmayıb, sadəcə, əhali Azərbaycanın yurisdiksiyasında yaşamaq istəməyərək Ermənistana köçüb. Həmin vaxt Azərbaycan hökuməti dinc əhaliyə erməni dilində müraciət etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edib yaşaya bilərsiz. Lakin 20 nəfərdən başqa bunu heç kim qəbul etməyib. Samanta Pauer isə bu fikri ilə, nədənsə, ermənilərdən daha çox erməni olmağa uğursuz cəhd göstərdi. Görünən odur ki, Donald Tramp USAİD-in fəaliyyətini kardinal şəkildə dəyişməyi planlaşdırıb. Bu dəyişiklik isə bütün dünyanın hiss edəcəyi səviyyədə olacaq. Çünki maliyyələşənlər arasında dövlətlər, səhiyyə sahələri, milyonlarla insanlar da var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Fevral 2025 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri