Icma.az
close
up
RU
USAID in narkobiznes üz qaralığı da məlum oldu

USAID in narkobiznes üz qaralığı da məlum oldu

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Birləşmiş Ştatların bu bədnam “humanitar” təşkilatı Əfqanıstanda tiryək istehsalına da sərmayə qoyubmuş

Xaşxaşlı Əfqanıstanın əsas rifah mənbəyinin narkotik bitkilərin becərilməsi və emalı olduğunu dünya bilir. O da məlumdur ki, tiryəkin dünya üzrə təchizatının 80 faizindən çoxu Əfqanıstanın payına düşür. Əfqanların yoxsulluğa, epidemiyaya, işsizliyə və zorakılığa qarşı bir resepti var - daha çox xaşxaş əkmək. BMT-nin məlumatına görə, pandemiya şəraitində keçən 2020-ci il ərzində bu ölkədə narkotik bitkilərin əkin sahələrinin həcmi 37 faiz artıb.

Bu gəlirli sahə qazdan ayıq USAID-in də nəzərindən yayına bilməzdi. Odur ki, “humanitar yardım” missiyasından yararlanmaq tam yerinə düşüb. Həm də 2001-ci ildə 11 sentyabr olayını əlində bəhanəyə çevirən ABŞ 20 il Əfqanıstanda hərbi kontingent saxladı. Amma Vaşinqton bu Şərq ölkəsində nə özünə loyal hakimiyyət qurmağı bacardı, nə də daxili sabitliyə nail ola bildi. 20 il davam edən hərbi müdaxilə dövründə əfqanların heroin laboratoriyalarını bombalayan, bu məqsədlə milyardlarla pul xərcləyən, amma yenə də “ağ ölüm” biznesinin qarşısını ala bilməyən ABŞ-ın “ən fərasətli” qurumu USAID bundan yararlanmaq fikrinə düşdü. İndi məlum olur ki, bu beynəlxalq yardım təşkilatı separatizmə, terrorizmə pul xərclədiyi kimi, narkotiklərin becərilməsi və emalına da sərmayə qoyurmuş. Bəli, USAID dünyanın ən iri donor təşkilatlarından biridir. Bu təşkilat kənd təsərrüfatı, səhiyyə və təhsildən tutmuş idarəetmə, demokratya və insan haqlarına qədər bütün sahələrdə “maraqlı proqramlar” həyata keçirir. Bu zaman USAID ABŞ xalqı adından dünyada “demokratik dəyərləri təbliğ edir, azadlığı, sülhü və firavanlığı inkişaf etdirir” miş. Qurum öz saytında əsl missiyasının mahiyyətini bu cür açıqlayır.

ARAYIŞ: 1961-ci ildə demokrat Prezident Con Kennedi tərəfindən SSRİ-yə qarşı “soyuq sulah” kimi yaradılan USAID xarici siyasətin əsas prioritetlərindən biri olan kənara yardımı daha yaxşı əlaqələndirəcək qurum kimi düşünülüb. ABŞ-ın xaricə maliyyə dəstəyinin 60 faizinə malik agentlik 2023-cü ildə 43,79 milyard dollar vəsait paylayıb. Konqresin tədqiqat xidmətinin hesabatına görə, bu vəsaitin təxminən üçdə ikisi xaricdə yerləşən 10 min işçi qüvvəsinə xərclənib. 2023-cü ildə ABŞ Konqresi tərəfindən maliyyələşdirilən USAID ən çox yardım alan ölkələr Ukrayna, Efiopiya, İordaniya, Konqo Demokratik Respublikası, Somali, Yəmən, Əfqanıstan, Nigeriya, Cənubi Sudan və Suriya olub.

* * *

ABŞ-ın yoxsullara yardım siyasətinin arxasında onun özünün korporativ maraqlarını güdmək, dünyanın müxtəlif bölgə və ölkələrində təsir dairəsini genişləndirmək, bir növ “yumşaq güc” olmaq istəyinin durduğu faş oldu. Yəni, Vaşinqton illər boyu həm yardım etdiyi ölkələrdə özünün müsbət, “xeyriyyəçi” imicini formalaşdırır, həm də bu dəstəyi yerli hakimiyyətlərlə əməkdaşlıq formasına çevirərək onunla münasibətlərini daha da “istiləşdirirdi”. Hesabatlarda isə missiyanın əsas məramı kimi göstərirdi ki, o, USAID vasitəsi ilə yoxsulluğun azaldılmasına, demokratik idarəçiliyin güclənməsinə, insanların humanitar böhranlardan çıxmasına yardım edir. Amma indi üzə çıxır ki, bu yardımın arxasında təşkilatın Əfqanıstanda tiryək yetişdirilməsinə maliyyə dəstəyi dayanırmış.

Ağ evin yeni administrasiyasının qərarından sonra USAID-in rəhbəri Ceyson Qreyin “NBC News” telekanalına göndərdiyi elektron məktubun mətnindən sitat: “Biz USAID-in prezidentin fərmanlarının icrasından yayınmağa yönəlik bir sıra fəaliyyətlərini aşkarlamışıq. Bununla əlaqədar, USAID-in bir çox işçilərini yoxlamalar bitənə qədər tam əmək haqqının və nəzərdə tutulan güzəştlərin təmin edilməsi ilə qeyri-müəyyən müddətə inzibati məzuniyyətə göndərilməsinə qərar vermişik”. Bundan bir neçə gün əvvəl isə ABŞ Dövlət katibi Marko Rubio bütün xarici yardımların maliyyələşməsi ilə bağlı proqramların 90 gün müddətinə dayandırılmasına göstəriş vermişdi. ABŞ Prezidenti Donald Trampın sərəncamı ilə bu qurumun müvəqqəti rəhbəri Marko Rubio təyin edilib. O, “USAID-in bir çox funksiyaları qalacaq. Amma onlar ABŞ-ın xarici siyasətinə uyğunlaşdırılmalıdır”–deyə bildirib.

Qərbi Kaspi Universitetinin professoru, politolorq Fikrət Sadıxov qəzetimizə açıqlamasında bildirdi ki, USAID qeyri-hökumət təşkilatı kimi yaradılsa da, Ağ evin gösrətişi ilə əsas missiyasi yoxsul ölkələrə humanitar yardımlar etmək olub: “Yəni bu təşkilatın vasitəsilə digər ölkələrlə işləmək planı idi. Amma indi məlum olur ki, bu yardım təşkilatı, əslində, tamamilə başqa işlərlə məşğul olub. Deməli, dövlət büdcəsindən götürdüyü 100 milyonlarla vəsaiti Əfqanıstanda narkotiklərin becərilməsinə xərcləyirmiş. Təkcə bu deyil. USAID müxtəlif ölkələrdə separatizmi, hətta terrorizmi dəstəkləyən bir təşkilata dönübmüş. Bu üzdəniraq təşkilatın rəhbəri Samanta Pauer dəfələrə Qarabağa səfərlər edib, burada separatçı rejimin nümayəndələri ilə görüşüb. Faktiki olaraq onlara dəstək verib. Onun Cənubi Qafqaz siyasəti Azərbaycana qarşı çevrilmişdi. Prezident Donald Tramp tamamilə haqlı olaraq USAID-in fəaliyyətinin dondurulması ilə bağlı sərəncam imzaladı. Düşünürəm ki, bundan sonra təşkilat Dövlət Departamentinin bir şöbəsi kimi fəaliyyət göstərəcək. Çox güman ki, bu təşkilatı yenidən istiqamətləndirmək lazım gələcək. Humanitar yardımın həcmi və xarakteri ilə bağlı konkret planları olmalıdır. Çünki gələcəkdə onun separatizmi, terrorizmi, ekstremizmi, eləcə də narkotik biznesi ilə məşğul olan qrupları dəstəkləməsinə imkan verilməməlidir.

USAID-in bundan sonrakı fəaliyyəti şəffaf və sağlam olmalıdır. ABŞ-ın hazırkı hakimiyyətinin bu təşkilat barədə verdiyi qərar tamamilə doğrudur və inanıram ki, tezliklə bunun müsbət nəticələrini görəcəyik”.

* * *

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının əhəmiyyətli hissəsi ölkənin əsas maraqlarına cavab vermir”. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı bəyanatda deyilir. Bəyanata əsasən, USAID öz ilkin təyinatından çoxdan kənara çıxıb. Ağ ev Administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Bu arada ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinə başçılıq edən tanınmış iş adamı, milyarder İlon Mask “X” sosial şəbəkəsindəki paylaşımında bəyan edib ki, artıq USAID ləğvolunma prosesindədir: “USAID bərpa oluna bilməz”. Buna qədər demokratlar və keçmiş diplomatlar USAID-in ləğvinə etirazlarını bildirərək, agentliyin “bütün dünyada insanlara kömək etdiyini və yardımın ABŞ-ın dünya səhnəsində mövqeyini gücləndirdiyini” iddia edirdilər. Daha onların səsləri eşidilmir.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyyə Qarayeva bildirib ki, Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra USAID-i hədəfə aldı: “O, xarici yardım sənayesinin və bürokratiyanın ABŞ-ın maraqları ilə uzlaşmadığını, bir çox hallarda onlara zidd olduğunu söylədi. Ağ ev Administrasiyası bəyanatında USAID əməkdaşlarını Vaşinqtonun yardım ayırmalarını Trampın “Öncə Amerika” siyasətinə uyğun dəyişdirmək səylərinə qoşulmağa çağıraraq, əmrlərə tabe olmayanlara qarşı intizam tədbirlərinin görüləcəyi ilə hədələyib.

Dövlət Departamenti USAID-in xarici yardımının bütün dünyada hara xərcləndiyini açıqlayıb. Ağ evin “Tullantı və sui-istifadə USAID-də dərinləşir” başlıqlı bəyanatında qeyd edilir ki, agentlik onilliklər ərzində vergi ödəyiciləri qarşısında cavabdeh deyil. Böyük məbləğdə pulları, demək olar ki, heç bir nəzarət olmadan, kök salmış bürokratların gülünc və çox vaxt zərərli layihələrinə yönəltdiyi bildirilən bəyanatda agentliyin maliyyəsindən istifadə nümunələri göstərilib. Misal üçün, maliyyə Suriyadakı “Əl-Qaidə” ilə əlaqəli döyüşçülərə yüz min pay yemək çatdırmaq, inkişaf etməkdə olan ölkələrdə “fərdiləşdirilmiş” doğuma nəzarət cihazlarını çap etmək üçün istifadə edilib. İndi məlum olur ki, Əfqanıstanda xaşxaş becərilməsi və heroin istehsalının dəstəklənməsi üçün istifadə olunan suvarma kanallarına, əkinçilik avadanlıqlarına, gübrələrə və sairəyə yüz milyonlarla dollar sərmayə qoyulub. Əlbəttə ki, bu, “Taliban”ın xeyrinədir. Məlum bəyanat “Prezident Trampın dövründə israf, fırıldaqçılıq və sui-istifadə hallarına son qoyulur” ifadəsi ilə yekunlaşıb.

USAID tarixən Vaşinqtonun diplomatik əlaqələri olmayan ölkələrə, o cümlədən İrana və Şimali Koreyaya da humanitar yardım göstərə bilib. Mənbə deyir ki, bu, bəzən körpülərin qurulmasına kömək edir və onların əməliyyatları tamamilə siyasi məqsədlərlə bağlı olarsa, bu fayda itirilə bilər. Maraqlıdır ki, Trampdan başqa müharibədən sonrakı bütün prezidentlər, demokratlar da, respublikaçılar da xarici yardımın tərəfdarı olublar”.

* * *

Amerikalılar Əfqanıstanda olanda əkin sahələrinin xeyli hissəsinə taliblər nəzarət edirdilər, narkobiznesdən əldə olunan gəlirlərin üçdə biri onların payına düşürdü. Başqa sözlə, narkobiznesin “çiçəklənməsinə” maliyyə dəstəyi verən USAID bu yolla Əfqanıstanda ekstremistlərin büdcələrini artırmaqla yanaşı, gənc nəslin sağlamlığını zəhərləməyi, Kabulun qonşu ölkələrlə münasibətlərində gərginlik yaratmağı hədəfləyirmiş. İqtisadiyyatı və cəmiyyəti narkotik asılılığından xilas etmək üçün taliblərə humanitar yardım göstərmək, bu ölkədə sülhün və sabitliyin əldə olunmasına dəstək vermək əvəzinə “tiryək sponsoru”na çevrilən USAID-in Cənubi Qafqaz siyasətinə də aydınlıq gətirilməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev keçən ilin dekabrında rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində qeyd etmişdi ki, onun fikrincə, Donald Tramp USAID-i qadağan edə bilər. Dövlətimizin başçısının peşəkar diplomat fəhmi ilə söylədiyi proqnoz reallıqda öz təsdiqini tapdı. Axı, kim bilməsə də, cənab Prezident Azərbaycanın USAID tərəfindən maliyyələşdirilən hibrid təhdidlərə və “fitilini” hayların yandırdığı beynəlxalq dezinformasiya kampaniyalarına məruz qaldığını əla bilirdi. Eyni zamanda, bu təzyiqlərlə heç kimin heç zaman Azərbaycanı müstəqil xarici siyasət yürütmək yolundan döndərə bilməyəcəyinə əmin idi.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri