Icma.az
close
up
RU
USAID in taleyi məlum olub

USAID in taleyi məlum olub

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ Dövlət Departamenti Konqresə müraciətində bildirib ki, Beynəlxalq İnkişaf Agentliyi (USAID) tezliklə ləğv ediləcək.
Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Departamentinin martın 28-də yaydığı məlumatda bildirilir.
Dövlət Departament həmçinin qeyd edib ki, USAID-in yenidən təşkili iyulun 1-də başa çatacaq.
Dövlət Departamentinin USAID-in bəzi funksiyalarını öz üzərinə götürəcəyi bildirilir.
Dövlət katibi Marko Rubio deyib ki, əgər proseslər düzgün həyata keçirilərsə, xarici yardım ABŞ-nın milli maraqlarını inkişaf etdirər, üstəlik, sərhədləri qorumaqla yanaşı, həm də əsas müttəfiqlərlə tərəfdaşlığı gücləndirə bilər: “Təəssüf ki, USAID çoxdan öz ilkin missiyasından uzaqlaşıb. Nəticəsində nailiyyətlər çox kiçik, xərclər çox yüksək olub".
"Reuters" agentliyi yazır ki, Hökumətin Səmərəliliyi Departamenti (DOGE) USAID əməkdaşlarına qanunla nəzərdə tutulmayan bütün vəzifələrin ləğv ediləcəyini bildirib. Hətta çox tezliklə bütün agentliyin əməkdaşları iyulun 1-də və yaxud da sentyabrın 2-də istefaya dəvət edən məktublar alacaqlar.
Hökumətin Səmərəliliyi Departamentinin bəyanatında qeyd olunur ki, Dövlət Departamenti USAID-in qalan "həyati və strateji yardım proqramlarını" iyul-sentyabr aylarında nəzarətə götürəcək. Bununla belə, USAID əməkdaşları avtomatik olaraq Dövlət Departamentinə köçürülməyəcək, onlar üçün "ayrıca, eyni zamanda da müstəqil işə qəbul prosesi" həyata keçiriləcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp vəzifəsinin ilk günündən agentliyin proqramlarını, "Amerika dəyərləri", eləcə də ABŞ-nın xarici siyasətdə məqsədlərinə yetmək uyğunluğunu tam əhatəli şəkildə yoxlamaq məqsədilə USAID təşkilatının xarici yardımını 90 günlüyə dondurmalı olmuşdu. Lakin ardınca proseslər dəyişdi və aparılan auditlərdən sonra Vaşinqton USAID proqramlarının 83 faizini tamamilə ləğv etdi.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Mart 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri