Icma.az
close
up
RU
Uşaq futbolu hər bir ölkənin futbol piramidasının təməlini təşkil edir BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

Uşaq futbolu hər bir ölkənin futbol piramidasının təməlini təşkil edir BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Qarabağ futbol klubunun nümayəndələrinin İmarət stadionunun tikinti prosesi ilə yerindəcə tanış olmaları və stadionun ərazisində məşq edən azyaşlı futbolçularla görüş keçirmələri olduqca sevindirici və təqdirəlayiq bir hadisədir. Bu, təkcə Qarabağın simvolik məkanına – İmarət stadionuna verilən önəmin göstəricisi deyil, eyni zamanda bölgələrdə futbolun, xüsusilə də uşaq futbolunun inkişafına verilən diqqətin real nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, uşaq futbolu hər bir ölkənin futbol piramidasının təməlini təşkil edir. Sağlam və davamlı futbol mühiti məhz erkən yaşlardan formalaşır. Bu baxımdan bölgələrdə, xüsusilə də azad edilmiş ərazilərdə uşaq futboluna xüsusi diqqət göstərilməsi strateji baxımdan olduqca vacibdir. Çünki həmin bölgələrdə yaşayan uşaqlar da digər regionlardakı həmyaşıdları kimi peşəkar futbolçu olmaq arzusu ilə yaşayır və onlara bərabər şərait yaradılması həm idman, həm də sosial baxımdan olduqca önəmlidir: "Qarabağ klubunun bu təşəbbüsü yalnız bir klubun fəaliyyəti kimi deyil, ümummilli futbol strategiyasının bir hissəsi kimi dəyərləndirilməlidir. Belə görüşlər azyaşlı futbolçular üçün motivasiya qaynağı olmaqla yanaşı, onların futbola olan marağını artırır, peşəkar arenada özlərini görmək istəklərini daha da gücləndirir. Gənc futbolçular üçün bu cür nümunələrlə tanış olmaq, ulduz oyunçularla bir araya gəlmək gələcəkdə atacaqları addımların möhkəm təməllər üzərində qurulmasına zəmin yaradır. Bundan əlavə, bölgələrdə müasir standartlara cavab verən stadionların və futbol infrastrukturunun yaradılması uşaq futbolunun inkişafı üçün əsas şərtlərdən biridir. İmarət stadionunun yenidən tikilməsi təkcə futbol meydanı anlamında yox, həm də gənc nəslin idmana olan marağının artırılması baxımından mühüm hadisədir.

Ümid edirik ki, bu təşəbbüslər təkcə Füzuli və Ağdamla məhdudlaşmayacaq, ölkənin bütün regionlarında davamlı şəkildə həyata keçiriləcək. Dövlət qurumları, futbol federasiyaları və klublar bu prosesdə birgə çalışaraq Azərbaycanın futbol gələcəyini daha parlaq və sabit şəkildə qurmaq imkanına sahib olacaqlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri