Icma.az
close
up
RU
Uşaq sahibi olmaq istəyənlər üçün...

Uşaq sahibi olmaq istəyənlər üçün...

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beləliklə, siz uşaq sahibi olmaq qərarına gəlmisiniz. Bir çox ailə cütlükləri buna mümkün qədər tez nail olmaq istəyir.

Bu mümkündürmü? Bəli, mümkündür. Sadəcə həkimlərin bəzi məsləhətlərinə riayət etmək lazımdır.

1. Gələcək ana və ata mütləq düzgün və faydalı qidalanmalıdırlar. Hamiləliyə hazırlıq dövründə arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdən imtina etmək lazımdır. Rasionunuzda daim təzə meyvə-tərəvəz, göyərti, ət, balıq, paxlalılar, dənli bitkilər, süd məhsulları olmalıdır. Ət, qoz-fındıq, balıq spermanın göstəricilərinə yaxşı təsir edir.

2. Kifayyət qədər yatın və dincəlin, havada olun. Bu çox vacibdir.

3. Stress vəziyyətlərindən uzaq olun. Əgər qadın daim stress vəziyyətlərində olursa, bu halda onda menstrual dövr pozula bilər (menstruasiyalar geyri-müntəzəm olur, ovulyasiya baş vermir). Kişilərdə isə uzunmüddətli streslər nəticəsində hətta impotensiya inkişaf edə bilər.

Əgər hətta bütün lazım olan müayinə və analizlərdən keçdikdən, bir neçə kurs müalicə aldıqdan sonra arzuladığınız hamiləlik baş tutmursa, ruhdan düşməyin, hamiləlik haqqında fikirləri özününüzdən uzaqlaşdırın, həyatınızı davam edin. Bir çox ailə cütlükləri təsdiq edə bilərlər ki, hamiləlik məhz bu haqda artıq fikirləşmədikdə, sonsuzluqla tam barışdıqda baş tutub.

4. Həkimlər qadınlara cinsi əlaqədən sonra 10-15 dəqiqə ərzində uzanmaq və 2-3 saat ərzində duş qəbul etməmək və uşaqlıq yolunu yumamaq məsləhət görürlər. Bu halda spermatozoidlərin daha çox hissəsi uşaqlığın boşluğuna çata bilər ki, bunun nəticəsində hamiləliyin ehtimalı da artır.

Cinsi əlaqədən sonra uşaqlıq yolunu "sprinsovka", duş və s. vasitələrlə dərin yumaq olmaz. Bu halda cinsi əlaqə zamanı vaginaya düşən spermatozoidlər mexaniki olaraq buradan yuyulur və nəticədə qadının hamilə qalmaq şansı da azalır. Üstəlik belə dərin yuyunmalar nəticəsində uşaqlığın normal mikroflorası da pozulur ki, bu müxtəlif qadın cinsiyyət sistemi xəstəlikləri və pozulmaları üçün çox "əlverişli" şərait yaradır. Uşaqlıq yolu özü özünü təmizləyən bir orqandır. Əlavə "təmizkarlıq" burada artıqdır və hətta ziyanlıdır.

5. Qadın yalnız ovulyasiyadan (yumurtalıqdan yumurta hüceyrəsi çıxdığı anı) sonra hamilə qala bilər. Yumurta hüceyrəsi ovulyasiyadan sonra təxminən 24 saat ərzində yaşaya bilər. Spermatozoidlər isə qadın cinsiyyət yollarında 3 (hətta 5) günə kimi öz mayalanma qabiliyyətini itirmədən qala bilirlər. Beləliklə, ovulyasiyadan 1-3 gün əvvəl və ovulyasiya günü cinsi əlaqədə olan qadının hamilə qalmaq ehtimalı yüksək olur. Ovulyasiyanı dəqiq təyin etmək üçün müxtəlif üsullar var - xüsusi ovulyasiya testləri, bazal hərarətinin ölçülməsi, USM (follikulometriya).

Lakin ovulyasiya gününü dəqiq təyin edə bilməyən qadınlara həkimlər belə məsləhət verir - menstrual dövrünün təxminən 9-cu günündən 18-ci gününə qədər (menstruasiyanın 1-ci günündən sayılır) bir gündənbir cinsi əlaqədə olmaq.

6. Həkimlər kişilərə isti və soyuq prosedurlardan (məsələn, soyuq suda şimmək, saunaya getmək, isti vanna qəbul etmək və s.) çəkinmək, ağır fiziki yükləmələrdən (idman və s.) uzaq olmaq məsləhət görürlər ki, bu kişilərdə spermanın göstəricilərinə mənfi təsir edir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri