Icma.az
close
up
RU
Uşaqlara 12 yaşdan tez telefon verməyin: İntihar riski var

Uşaqlara 12 yaşdan tez telefon verməyin: İntihar riski var

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Uşaqların telefona olan marağı gələcəkdə onlar üçün ciddi problemlər yarada bilər. 12 yaşından əvvəl smartfondan istifadə etmək isə gələcəkdə emosional problemlərin yaranma riskini artıra bilər.

“Cebheinfo.az” xəbər verir ki, Amerikanın “Sapien Labs” tədqiqat təşkilatının alimləri belə nəticəyə gəliblər.

“Global Mind Project” çərçivəsində mütəxəssislər müxtəlif ölkələrdən 18-24 yaş arası 100 mindən çox insanın psixi vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər. İştirakçılardan ilk dəfə smartfondan nə vaxt istifadə etməyə başladığı və ekran qarşısında nə qədər vaxt keçirdikləri soruşulub.

Məlum olub ki, ilk telefonu 12 yaşından əvvəl alanlarda intihar düşüncələri, aqressivlik, özünəinamın aşağı olması, emosional qeyri-sabitlik, reallıqla əlaqənin itirilməsi hissi daha çox olur. Bu əlaqə xüsusilə qızlarda özünü büruzə verir. Onlarda özünə inam və stresə qarşı müqavimətdə azalma müşahidə edilib.

Alimlərin fikrincə, psixikaya mənfi təsirin təxminən 40%-i kiberbullinq (internetdə zorakılıq), yuxu pozğunluğu və ailədəki gərgin münasibətlərlə bağlıdır. Bu risk faktorları sosial şəbəkələrə erkən giriş əldə etmiş uşaqlarda daha çox müşahidə olunurdu.

Tədqiqatçılar vurğulayırlar ki, ilk smartfonun alındığı yaş nə qədər gənc olarsa, yetkinlik dövründə psixi sağlamlığın pisləşmə riski bir o qədər yüksəkdir. Potensial zərərin miqyası, onların fikrincə, ehtiyat tədbirləri tələb edir. Buna rəqəmsal savadlılıq üzrə məktəb proqramlarından tutmuş yaş məhdudiyyətlərinə və telefondan tədricən istifadəyə qədər çox şey daxildir.

Xəzər

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri