Icma.az
close
up
RU
Uşaqlarda yuxu çatışmazlığı ailə və yaşıdlarla münasibətə mənfi təsir göstərə bilər

Uşaqlarda yuxu çatışmazlığı ailə və yaşıdlarla münasibətə mənfi təsir göstərə bilər

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Yuxu, uşağın inkişafının əsas elementidir. Kifayət qədər yatmamaq, uşağın sağlamlığına, ailə, yaşıdlar və müəllimlərlə münasibətlərinə, gündəlik fəaliyyətlərinə və davranışlarına təsir edir".

Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Pelin Aytaç Uras deyib.

Həkim erkən uşaqlıq dövründə beynin əsas fəaliyyətinin yuxu olduğunu bildirib. O, körpəlik dövründə yuxu problemləri haqqında məlumat verib. Pelin Aytaç Uras qeyd edib ki, uşaqların yuxusunun böyük hissəsi REM (sürətli göz hərəkəti) yuxusundan ibarətdir:

"REM və Non-REM (sürətli göz hərəkəti olmayan) yuxuları gecə boyunca dövri olaraq bir-birini əvəz edir. Bu dövr körpəlikdə 50-60 dəqiqə davam etdiyi halda, uşaqlıq və yetkinlik dövründə 90 dəqiqəyə qədər uzanır".

Uşaqlarda sağlam yuxu vərdişlərinin formalaşmasının vacibliyinə toxunan mütəxəssis qeud edib: 

"Körpə və uşaqlar üçün yuxu rejimi formalaşdırılmalı və bu rejim sevgi ilə tətbiq olunmalıdır. Yatmaq vaxtı valideynlə uşaq arasında münaqişəyə səbəb olmamalıdır".

Dr. Uras uşaqların hər gün açıq havada idmanla məşğul olmasının yuxu rejiminə müsbət təsir etdiyini vurğulasa da, yatmazdan əvvəlki 2-3 saat ərzində ağır fiziki məşqlərdən çəkinməyin vacibliyini bildirib:

"Uşaq otaqlarında zəif işıq verən gecə lampaları istifadə edilə bilər, lakin televizor olmamalıdır. Körpənizi ilk yuxu əlamətləri görünən kimi yatağına yerləşdirin. Ən ideal yanaşma, uşağın rahatlaşaraq təbii şəkildə yuxuya keçməsinə şərait yaratmaqdır. Bundan əlavə, yatarkən uşağın sevimli oyuncağını və ya ona aid xüsusi bir əşyanı yanında saxlamağına icazə vermək, yuxuya getməsini asanlaşdıra bilər".

Uşaqların rahat yatması üçün otaq temperaturunun tənzimlənməsinin və pambıq parçadan hazırlanmış geyimlər geyinmələrinin vacib olduğunu bildirən Dr. Uras yuxuya getməkdə çətinlik və gecə tez-tez oyanma hallarının uşaqlarda geniş yayıldığını vurğulayıb:

"Yatağa özbaşına yerləşmək və yuxuya getmək uşaqların öyrəndiyi davranışlardır. Əgər uşaq yuxuya getmək üçün anasının köməyinə və ya müəyyən bir vərdişə (məsələn, oyuncaqlarla oynamaq, musiqi dinləmək) öyrəşibsə, gecə yuxusu zamanı təbii oyanmalar zamanı da həmin şəraiti tələb edəcək. Belə hallarda, valideynlər uşağın yuxuya yenidən keçməsinə kömək etməlidirlər".

Yuxunun uşaqların həm fiziki, həm də psixoloji sağlamlığı üçün son dərəcə vacib olduğunu vurğulayan Dr. Uras, yuxu problemləri ilə üzləşən valideynlərin pediatr həkimə müraciət etməli olduqlarını bildirib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Mart 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri