Icma.az
close
up
RU
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində tədbir keçiriləcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində tədbir keçiriləcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində balacalar üçün unudulmaz bir gün təşkil olunacaq!

Azərbaycan Milli İncəsənət Muzeyindən Bizimyol.info xəbər portalına verilən məlumata görə, muzey uşaqlara ənənəvi olaraq maarifləndirici və əyləncəli anlarla dolu rəngarəng proqramlar təqdim edəcək.

Proqram çərçivəsində gün ərzində bir sıra tədbirlər keçiriləcək:

1 iyun, saat 10:00

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin birgə əməkdaşlığı ilə  plener təşkil olunacaq. Muzeyin bağçasında baş tutacaq tədbirin əsas məqsədi uşaqlarda estetik zövqün formalaşdırılması, incəsənətə marağın artırılması və sosial inteqrasiyaya dəstəkdir. Plener zamanı fiziki məhdudiyyətli uşaqlar kollecin müəllim və tələbələrinin rəhbərliyi ilə rəsm çəkəcək, həmçinin rəngkarlıq üzrə müxtəlif yaradıcı tapşırıqlarda iştirak edəcəklər.

1 iyun, saat 12:00

1İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı proqram çərçivəsində mühazirə, tematik ekskursiya və ustad dərsi kimi maarifləndirici və yaradıcı fəaliyyətlər balaca qonaqlara təqdim olunacaq.

1 iyun, saat 14:30

Azərbaycan Milli Konservatoriyasının nəznində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə “Uşaqların nağıl dünyası” adlı əyləncəli və musiqili proqram keçiriləcək. Bu proqramda uşaqları interaktiv səhnələr, maraqlı oyunlar və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə səhnə performansları gözləyir.

1 iyun, saat 16:00

“Muzeydə  musiqi” layihəsi çərçivəsində “Sabahın rəngləri” adlı klassik musiqi proqramı təqdim olunacaq. İstedadlı musiqiçilər - Fərəh Əliyeva, Camal Əliyev, Ayşən Umudova və Nuray Quliyevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

 1 iyun, saat 17:00

“Muzeydə kino” layihəsi çərçivəsində  “Onun ürəyi” filminin nümayişi baş tutacaq. Nağıl-müzikl janrında istehsal olunan  film uşaqlar və böyüklər üçün nəzərdə tutulan düşündürücü və maraqlı ekran əsəridir.

Azərbaycan Milli İncəsənət Muzeyi 1 iyun tarixində uşaqları bu bayram əhval-ruhiyyəsinə qoşulmağa dəvət edir: "Gələcəyimizin əmanəti olan uşaqlarla birlikdə rəngli və incəsənət dolu bir gün yaşayaq!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri