Icma.az
close
up
RU
Uşaqların davranışı ailənin aynasıdır, ana isə bu aynanın mərkəzidir RƏYLƏR

Uşaqların davranışı ailənin aynasıdır, ana isə bu aynanın mərkəzidir RƏYLƏR

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çağımızın səssiz fəlakəti adlandırılan hiperaktivlik, uşaqlarda artan neyropsixoloji pozuntular artıq cəmiyyətdə və ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Bəli, zaman dəyişir, texnologiya inkişaf edir, həyat şəraiti asanlaşır. Lakin paradoksal bir gerçəklik var ki, bütün bu rahatlıq fonunda cəmiyyətin ən həssas təbəqəsi – uşaqlar – getdikcə daha çox psixoloji və neyroloji gərginliklə qarşı-qarşıya qalır. Bugün məktəblərdə müəllimlərin, psixoloqların və valideynlərin ortaq müşahidəsi eynidir: hiperaktivlik, diqqət dağınıqlığı, emosional sabitsizlik və sosial münasibətlərdə çətinlik göstərən uşaqların sayı ciddi şəkildə artıb.

Əgər on illər əvvəl bu tip hallar daha çox bioloji və tibbi səbəblərlə izah olunurdusa, bu gün əsas risk faktoru emosional və sosial mühitlə əlaqələndirilir. Valideynlərin, xüsusilə də anaların  əvvəlki nəsillərə nisbətən daha çox psixoloji yüklə üz-üzə qaldıqları iddia edilir. Gərgin ailə münasibətləri, stresli hamiləlik dövrləri, doğuşdan sonra dəstək çatışmazlığı, uşağın emosional baxımdan diqqətsiz qalması, TV və telefona  həddən artıq məruz qalması  kimi faktorlar uşağın beyin və sinir sistemi üçün görünməyən, lakin dərin izlər buraxan zərbələrdir.

Bu fəlakətin qarşısını almaq üçün nə etməliyik sualına mütəxəssislərin fərqli yanaşmaları olsa da, bir həqiqət dəyişməz qalır: sağlam gələcək yalnız emosional cəhətdən sağlam valideynlər və uşaq mərkəzli cəmiyyətlə mümkündür.

Əgər bir uşaq sizinlə danışarkən göz-gözə gəlmirsə, artıq problem var


Pedaqoq Tural Abbasquliyevin fikrincə müasir dövrün pedaqoji reallığı təkcə tədris proqramlarının yenilənməsi ilə ölçülmür. Mütəxəssis "Sherg.az"a bildirib ki,  təhsilin ən böyük çağırışı məktəb proqramları deyil, sinif otaqlarına daxil olan uşaqların psixoloji və neyroloji sağlamlığıdır:


 "Gedərək artan hiperaktivlik, diqqət dağınıqlığı, disleksiya, davranış pozuntuları, nitq və yaddaş problemləri təkcə fərdi uşaqları deyil, bütövlükdə cəmiyyətin gələcəyini təhdid edir. Bu gün uşaqlarda müşahidə olunan nevroloji pozuntuların səbəbləri ötən illərlə müqayisədə ciddi şəkildə dəyişib. Əgər əvvəlki dövrlərdə bu problemlərin kökündə genetik risklər, hamiləlik dövründəki infeksiyalar, doğuş travmaları və ya fiziki zədələr dayanırdısa, bu gün həkimlərin və mütəxəssislərin fikrincə, səbəblər daha çox emosional və sosial xarakter daşıyır. Bugünkü uşaqların beyin inkişafı bioloji deyil, emosional və psixoloji zədələr səbəbindən pozulur. Təəssüf ki, bu zədələrin əksəriyyəti isə  ailə mühitindən qaynaqlanır".


Müasir anaların psixoloji yükü və emosional zəifliyinə toxunan T. Abbasquliyev hesab edir ki,  gənc analar əvvəlki nəsil qadınlardan fiziki baxımdan daha az əziyyət çəksələr də, emosional baxımdan daha həssas və kövrəkdirlər. O , qeyd edib ki, Hamiləlik dövründə yaşanan stres, doğuşdan sonra davam edən yuxusuzluq, həyat yoldaşı ilə münasibətlərdəki gərginlik, ailədaxili qarşılıqsızlıq – bütün bunlar birbaşa şəkildə uşağın sinir sisteminə təsir edir: 

"Əgər uşaq valideynin baxışına qarşılıq vermirsə, göz kontaktından yayınırsa, sosial münasibət qura bilmirsə, burada artıq psixoloji və neyropsixoloji problem var. Ona görə də, ekran asılılığı, emosional diqqətsizlik, dayələrin və baxçalardakı yanlış münasibət tərzi uşaqlarda bu pozuntuların sürətlə yayılmasına səbəb olur. Uşaqlar tez darıxır, diqqəti cəmləyə bilmir, impulsiv davranır, oxuma və yazmada çətinlik çəkir, yaddaş və nitqlə bağlı problemlər yaşayırlar".


Valideynlər övladlarına psixoloji yük ötürdüyünü iddia edən mütəxəssisin fikrincə, ailədəki emosional atmosfer uşağın gələcək şəxsiyyətini formalaşdıran əsas faktordur. Onun sözlərinə görə,  biz uşaqların sağlam düşüncəli, balanslı bir fərd kimi böyüməsini istəyiriksə, əvvəlcə öz davranış və emosiyalarımızı dəyişməliyik. Hirs, qürur, eqo – bunların hamısı uşağın psixoloji yükünə çevrilir:

 "Hər bir uşaq valideynin, daha dəqiq desək, ananın psixoloji portretinin davamıdır. Bəli, hər bir uşaq anasının əsəridir. Hər bir cəmiyyət qadının əsəridir. Bəşəriyyət ananın əsəridir. Bu fikirlərimdə ataları məsuliyyətdən kənarlaşdırmıram, amma reallıq budur ki,  bəzi hallarda atalıq duyğusu dayılıq qədər belə dərin olmaya bilər. Ana varsa, atalıq duyğusu da var olur. Ana yoxdursa, atalıq duyğusu şəxsin xarakterindən asılı olaraq dəyişə bilir. Ana bünövrədir...

 Boşanma hallarının artması da məhz bu zəif bünövrə ilə əlaqəlidir.  Ailələr çox zaman cüzi səbəblərlə dağılır və nəticədə uşaq bu gərginliyin əsas daşıyıcısına çevrilir.

Bəsit səbəblərə görə dava, söz-söhbət salıb uşaqları psixoloji problemlərə düçar etməyək. Qayğılarımız 100% eynidir.”


Problemdən çıxış yoluna gəldikdə isə T. Abbasquliyev iki alternativ yol göstərib. Onun sözlərinə görə, ya ailə dəyərlərinə əsaslanan tərbiyəyə geri dönməliyik, ya da anaların maarifləndirilməsi və gücləndirilməsi istiqamətində real addımlar atmalıyıq: 

"Ana olmaq sadəcə instinkt deyil, həm də bir bilik, bioloji məsuliyyət və fəlsəfi anlayışdır.

 Bu məsələdə məktəblər əsas rol oynayır. Artıq məktəb yalnız tədris yeri yox, eyni zamanda uşağın emosional təhlükəsizliyini təmin edən, valideynləri maarifləndirən bir mərkəz olmalıdır. Məktəb yaxın gələcəyin təkcə təhsil deyil, həm də sosial və mənəvi mərkəzi olmalıdır və olacaq".


Ana olmaq nə fədakarlığın köləsi, nə də uşağın dostu olmaqdır...


  "Ninja Kids Club"un təsisçisi Həvva Səfərova isə T.Abbasquliyevin fikirlərinin əksəriyyəti ilə razılaşsa da, iki övlad anası olaraq  bəzi məqamlara fərqli yanaşma sərgiləyib. H.Səfərova hesab edir ki, analıq yalnız fədakarlıq üzərində qurulmamalıdır. Onun fikrincə, keçmişdə analığın tək ölçü meyarı olan fədakarlıq bu günün qadınında yetərsizlik hissi və zəif empati formalaşdırıb: 


“Fədakar olmadan da, doğru ana olmaq olar. Keçmiş nəsilin fədakarlıqları indiki nəsildə yetərsizlik və empati zəifliyi yaradıb. Bu səbəbdən biz ucları seçmək yerinə, qızıl ortanı tapmaqla daha doğru övladlar yetişdirə bilərik. Heç bir uc nöqtədə – nə sərtlikdə, nə də həddən artıq güzəştdə – balanslı, xoşbəxt övlad yetişmək ehtimalı yoxdur.

Analıq ali duyğudur, amma atalıq da eyni dərəcədə əhəmiyyətlidir. Analığın ali bir duyğu olduğunun fərqindəyəm və bu titulla fəxr edirəm, amma bu, atalıq rolunun kiçildilməsi anlamına gəlməməlidir.

 Biz bu ali duyğuya sahibik deyə, atalıq faktorunu gözardı edə bilmərik. Keçmişdə əmi, dayı, məktəbdə kişi müəllimlərin varlığı oğlan uşaqlarına rol model ‘zənginliyi’ verirdi. İndi bir uşağın atası pisdirsə, o uşaq üçün kişi modeli demək olar ki, mövcud deyil".


Bu fikirlərinin gündəlik təcrübəyə söykəndiyini vurğulayan Həvva xanım rəhbərlik etdiyi "Ninja Kids" mərkəzinə gələn boşanmış anaların tez-tez iş saatlarında kişi əməkdaşlarla təmas qura bilməsi üçün xüsusi xahişlər etdiklərini bildirib: 

 “İstəyirlər ki, oğulları həyatlarında kişi modeli ilə ünsiyyət qura bilsin. Bu, çox vacib bir psixoloji ehtiyacdır. Keçmişdə ataların övladları ilə birbaşa ünsiyyəti az olsa da, onların duruşu və mövqeyi uşaqların həyatında tərbiyəvi rol oynayıb. Məsələn, atam heç vaxt məni döyməyib, acı söz deməyib. Amma bir cümləsi vardı: "Elə davranın ki, Bəxtiyarın qızı olduğunuzu unutmayın". Bu cümlə bizim üçün min tərbiyədən daha güclü idi. Mənə elə gəlir ki, valideyn öz doğru valideyn mövqeyində olarsa, dost olmasına ehtiyac yoxdur. Çünki biz istəsək də, övladımızla dost ola bilmərik. Amma düzgün valideyn olmaq özü ciddi və məsuliyyətli bir işdir.

Bir sözlə, mən  nə keçmişin kor-koranə fədakarlığını, nə də bu günün sərhədsiz azadlıq modelini müdafiə edirəm. Mənim düşüncəmdə ana olmaq nə fədakarlığın köləsi olmaqdır, nə də uşağın dostuna çevrilmək. Ana olmaq balansın adıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyun 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri