Icma.az
close
up
RU
Uşaqların işlə(dil)məsi: cinayət, yoxsa fədakarlıq? KÜNCDƏN BAXIŞ

Uşaqların işlə(dil)məsi: cinayət, yoxsa fədakarlıq? KÜNCDƏN BAXIŞ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Bəşəriyyətin ağrılı problemlərindən biri də uşaq əməyinin istismar olunmasıdır. Dünyada uşaq əməyinə 200 milyon uşaq cəlb edilib. Onların yarısı təhlükəli işlərlə məşğul olurlar. Əməyi istismar olunan uşaqların istisnasız olaraq hamısı kapitalist ölkələrindədir. Sosialist ölkələrdə uşaq əməyi qəti qadağandır. Xüsusən, yoxsul ölkələrdə uşaq əməyinin istismarı faktlarının yarısı könüllülük əsasdadır. İfrat yoxsul ailələrdə uşaqlar özləri könüllü şəkildə işləməyə başlayır ki ailəsini aclıqdan xilas etsin.

Azərbaycanda uşaq əməyinin istismarı halları yalnız sosialist respublika dövründə mövcud olmayıb. 90-cı illərdən başlayaraq uşaqların istismar edilməsi halları çoxalıb. Onların da təxminən yarısı sahibsiz uşaqlar idi. Küçələrdə belələrinə tez-tez rast gəlinirdi. Usta sexlərində, səyyar satışda və sair sahələrdə belə faktlar çox idi. Lakin son dövrdə bu halların qarşısı əhəmiyyətli dərəcədə alınıb və artıq belə hallara az rast gəlinir. Bununla belə problem aradan qalxmayıb.

Hazırda uşaq əməyilə bağlı Azərbaycandakı mövcud situasiya çox ziddiyyətlidir. Burada məsələnin 2 tərəfi var. Biri müasir tendensiyalar nəticəsində hazırda uşaqların daha tez fəaliyyətlə məşğul olması, texnologiyaların verdiyi imkanlardan bəhrələnməsi, öz istedadlarını, bacarıqlarını inkişaf etdirməsi, hər hansı bir sənətdə, peşədə, IT işlərində çalışmasıdır. Bu da yol veriləndir – lakin yalnız 9-cu sinfi bitirdikdən sonra. Çünki 9 illik təhsil bizdə məcburidir. Ondan əvvəl uşağı təhsildən yayındırmaq olmaz.

İkinci qrupa isə məcburi səbəbdən və ya zorakı şəkildə əməyə cəlb olunan uşaqlar daxildir. Bu da iki yerə bölünür.

Bunlardan biri uşaq istismarıdır- kimlərsə qəsdən uşaqlardan ucuz işçi qüvvəsi kimi istifadə edir. Xüsusən də sahibsuz uşaqlar dilənçiliyə, səyyar satışlara cəlb olunur. Bu, cinayətdir və qarşısı alınmalıdır.

İkinci tərəf isə könüllü fəaliyyətlə bağlıdır. Bəzi uşaqlar ailəsinin sosial vəziyyətinin ağır olduğunu görərək və ya evdə xəstə valideyni, müalicəyə ehtiyacı olan ailə üzvü varsa, könüllü şəkildə işləyərək ailəsinə kömək etməyə çalışır.Bu uşağın tərəfindən baxanda vicdanlı və əxlaqlı bir davranış sayıla bilər. Amma digər tərəfdən, bu uşaq hüquqlarının pozulmasıdır.

Bu problemin qarşısını almaq üçün həmin ailələrə dövlət tərəfindən sosial yardım paketləri verilməlidir və ya valideynləri işlə təmin edilməlidir. Əgər valideyn xəstədirsə və işləyə bilmirsə, sosial yardımla təmin olunmalıdır ki, uşaq işləməyə məcbur qalmasın. Bu baxımdan dövlət elə bir sosial sistem qurmalıdır ki, uşaqların məcbur səbəbdən könüllü işləməsinə ehtiyac qalmasın, bu mümkün olmasın.

Bir çox kəndlərdə uşaqlar təsərrüfat işlərində kömək edir. Bu da yaxşı haldır - dərsdən yayınmamaq şərti ilə. Uşağın zəhmətə alışdırılması müəyyən yaşdan sonra daha məqsədəuyğundur. Yaradıcı və əlavə fəaliyyətlərlə məşğul ola bilərlər. Məsələn, gün ərzində 2-3 saat hansısa sənət öyrənirsə, bu qəbul ediləndir - dərslərinə mane olmadan.

Bu məsələlərə standart yanaşma olmamalıdır. Əsas məsələ uşaq istismarının qarşısını almaqdır. Əsas prinsip budur: uşaqların zorla, məcburi şəkildə əməyinin istismar olunmaması. Əmək Məcəlləsinə əsasən, 15 yaşdan aşağı uşaqların işləməsi qadağandır.

İkinci istiqamət isə, könüllü şəkildə işləməyə məcbur olan uşaqları buna vadar edən səbəblərin aradan qaldırılmasıdır.

Uşaqpulu burada çox vacibdir. Dünyanın bir çox ölkələrində tətbiq olunur, təəssüf ki, bizdə yoxdur. Uşaqpulunun olması, bu kimi uşaqların- ailəsinə kömək etmək üçün işləməyə məcbur qalanların- həm öz həyatını təmin etməsinə, həm də təhsilini davam etdirməsinə kömək edər. Düzdür, ünvanlı social yardım proqramı var və bəzi ailələrə bu yardım verilir. Amma ünvanlı sosial yardımda da problemlər var. Müxtəlif bəhanələrlə çətin vəziyyətdə olan bir çox ailələrə sosial yardım verilmir. Bu səbəbdən uşaqlar ailələrinə kömək etmək üçün öz əməyini istismar etməyə məcbur olur.

Cəmiyyətə gəlincə, əgər cəmiyyət çətin vəziyyətdə olan ailələrin uşaqlarının işləməsindən narahatdırsa, bu ailələrə yardım edə bilər.

Qohumlar, qonşular, xeyriyyə cəmiyyətləri, müxtəlif sosial təşkilatlar bu işdə dəstək göstərə bilər. Bundan əlavə, uşaq istismarı ilə qarşılaşdıqda müvafiq orqanlara xəbər verməklə bu cinayətlərin qarşısını almaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see698

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see430

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see256

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see229

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see218

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see206

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see203

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see202

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see197

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see191

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see185

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see183

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see179

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see177

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri